Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1560/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1556   1557   1558   1559   1560   1561   1562   1563   ...   1820
3. Müqavilənin digər elementləri 

Müqavilənin  predmeti  ilə  bərabər,  onun  qiyməti  pərakəndə  alqı-satqı  müqaviləsinin  mühüm  şərtidir

MM-in 616.2-ci maddəsi qiymətin bu müqavilənin mühüm şərti olması barədə birbaşa göstəriş ifadə edir.  

Pərakəndə alqı-satqı müqaviləsi qoşulma müqaviləsidir. Bu, müqavilənin qiymətini müəyyən etməyin qay-

dasını şərtləndirir. Belə ki, pərakəndə alqı-satqı müqaviləsi göstərilən müqavilə növünə şamil edildiyinə görə 

alıcı malın qiymətinin müəyyən edilməsində bilavasitə iştirak etmir. Malın qiyməti satıcı tərəfindən birtərəfli 



qaydada müəyyənləşdirilir. Belə ki, əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malı pəra-

kəndə alqı-satqı müqaviləsinin bağlandığı an satıcının elan etdiyi qiymətlə ödəməyə borcludur (MM-in 622.1-ci 

maddəsi). 

Malların qiyməti bütün istehlakçı alıcılar üçün eyni cür müəyyənləşdirilir. Bu onunla izah edilir ki, pəra-

kəndə alqı-satqı müqaviləsi ümumi müqavilə növünə aid edilir; satıcı alıcıya (kontragentə) qeyri-bərabər şərtlər 

təklif etməməlidir (MM-in 400-cü maddəsi). 

Pərakəndə alqı-satqı müqaviləsində malın qabaqjadan ödənilməsi nəzərdə tutula bilər. Alıcı qabaqjadan ödə-

nişi  nəzərdə  tutulmuş  müddətdə  həyata  keçirməməsinə  görə  məsuliyyət  daşıyır.  Belə  ki,  alıcının  müqavilədə 

müəyyənləşdirilmiş müddətdə malın qiymətini ödəməməsi, əgər tərəflərin razılığı ilə başqa qayda nəzərdə tu-

tulmayıbsa, onun müqavilənin həyata keçirilməsindən imtina etməsini nümayiş etdirir (MM-in 622.2-ci maddə-

si). 

Pərakəndə alqı-satqı müqaviləsi malların nisyə satışı, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənil-



məsi  şərti  ilə  də  bağlana  bilər.  Bu  cür  müqavilələrdə  əşyaların  nisyə  alqı-satqı  müqaviləsindən  fərqli  olaraq 

alıcının  müqavilədə  nəzərdə  tutulan  müddətdə  malın  qiymətini  ödəməməsinə  görə  faiz  hesablanmır  (MM-in 

622.3-cü maddəsi). 

Pərakəndə  alqı-satqı  müqaviləsində  iştirak  edən  satıcının  malın  qiyməti barədə  qaydanı  pozması  müəyyən 

xüsusiyyətlərə malikdir. Belə ki, əgər pərakəndə alqı-satqı müqaviləsi ümumi müqavilə olarsa, satıcı pərakəndə 

satılan malları eyni və bərabər qiymətlərlə alıcılara verməyə borcludur. Bu onu ifadə edir ki, pərakəndə ticarətçi 

(satıcı) malı alıcıya başqa alıcıya nisbətən baha satmaq ixtiyarına malik deyildir. Əgər o, bu qaydanı pozarsa, 

alıcının ixtiyarı vardır ki, bağlanmış müqavilənin etibarsızlığını tələb etsin. Ona görə ki, müqavilənin mühüm 

şə

rti pozulmuşdur. Belə halda alıcının tələbi ilə müqavilə puç əqd kimi etibarsız sayılır və tərəflərin əvvəlki və-



ziyyəti bərpa edilir, yəni alıcı malın pulunu almaqla onu satıcıya qaytarır. Əgər alınmış mal istehlak olunmuşsa, 

malın satıldığı baha qiymətlə digər alıcılara satılan qiymət arasındakı fərq ödənilir. Bu, ikitərəfli restitusiyanı 

ifadə edir. 

Pərakəndə  alqı-satqı  müqaviləsinin  elementlərindən  biri  müqavilənin  müddətidir.  Müddət  müqavilənin 

mühüm yox, adi şərtidir. Bu şərt satıcı ilə alıcı arasında razılaşma əsasında müəyyən edilir. 

Bəzi hallarda müddət pərakəndə alqı-satqı müqaviləsində mühüm xarakter kəsb edir. Bu onu ifadə edir ki, 

həmin müqavilələrdə nəzərdə tutulan müddət haqqında şərtə əməl edilməzsə, göstərilən hal müqavilənin bağ-

lanmamış sayılmasını şərtləndirir. Alıcı tərəfindən malların (nisyə satılmış) əvəzinin hissə-hissə ödənilməsi şər-

ti ilə bağlanmış pərakəndə alqı-satqı müqavilələrində müddət müqavilənin mühüm şərti kimi çıxış edir (MM-in 

601.1-ci və 622.3-cü maddələri). 

Elə pərakəndə alqı-satqı müqavilələri vardır ki, bu müqavilələr malın alıcı tərəfindən müəyyən müddətə qə-

bul edilməsi şərti ilə satılmasını nəzərdə tutur. Bu cür müqavilədə iştirak edən alıcı malı müqavilə ilə müəyyən-

ləşdirilmiş müddətdə qəbul etməlidir. Belə halda həmin müddət ötüb keçənədək mal başqa şəxslərə satıla bil-

məz. 


Alıcının müqavilədə nəzərdə tutulan müddətdə malı qəbul etməməsi müəyyən hüquqi nəticələrə səbəb olur. 

Alıcının malı qəbul etməməsi satıcı tərəfindən alıcının müqavilənin icrasından imtina etməsi kimi qiymətləndi-

rilə bilər (MM-in 618.2-ci maddəsi). Bundan əlavə, satıcı malın müqavilədə nəzərdə tutulmuş müddətdə alıcıya 

verilməsini təmin etmək üçün əlavə xərclər çəkə bilər. Belə halda satıcı çəkdiyi əlavə xərcləri alıcıdan tələb edə 

bilməz və etməməlidir. Ona görə ki, satıcının çəkdiyi əlavə xərclər malın qiymətinə daxil edilir (MM-in 618.3-

cü maddəsi). 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1556   1557   1558   1559   1560   1561   1562   1563   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin