onun şərtlərini təsdiq edən yazılı sənəddir. Kassa çekində malın qiyməti, mal çekində isə müqavilənin pred-
meti və qiyməti ifadə edilir. Özü də qanun bu sənədlərin alıcıya verilməsi anı ilə müqavilənin lazımi formada
bağlanmış hesab edilməsini əlaqələndirir. Əgər pərakəndə alqı-satqı müqaviləsində, o cümlədən alıcının qoşul-
duğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, müqavilə satıcının alıcıya kassa və ya
ə
mtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır
(MM-in 615-ci maddəsi).
Pərakəndə alqı-satqı müqaviləsinin elə növləri vardır ki, bu cür müqavilələr (məsələn, köşklərdə qəzet satışı,
bazarda ticarət və s.) ödəniş haqqında hər hansı sənədin (mal çeki, qəbz, kassa çeki) verilməsini nəzərdə tutmur.
Lakin alıcıda ödəniş haqqında sənədin olmaması əsas vermir ki, onun hüquqlarının müdafiəsindən imtina edil-
sin. Əgər bu cür sənədlər olmazsa, alıcı şahid ifadələrindən istifadə etməklə malın alınması faktını, müqavilənin
bağlanma şərtlərini, o cümlədən malın qiymətini sübut etmək ixtiyarına malikdir. Belə halda məhkəmə şahid
ifadələrini sübut kimi qiymətləndirir.
Nə kassa çeki, nə mal (əmtəə) çeki, nə də ki alıcı tərəfindən malın ödənildiyini təsdiq edən hər hansı sənəd
Dostları ilə paylaş: |