Pərakəndə alqı-satqı müqaviləsi bağlanarkən, şübhəsiz ki, müqavilənin bağlanması barədə MM-in 408-410-
cu maddələrində nəzərdə tutulan ümumi qaydalar tətbiq edilir. Bununla bərabər, bu müqavilənin bağlanması
qaydası müəyyən xüsusiyyətlərə malikdir. Pərakəndə alqı-satqı müqaviləsinin ümumi müqavilə növünə aid
Pərakəndə alqı-satqı müqaviləsinin xüsusi qaydada bağlanması onu ifadə edir ki, bu müqavilə ümumi oferta
qaviləsinin bütün mühüm şərtlərini əhatə edir (MM-in 616.1-ci maddəsi). Burada oferent kimi pərakəndə
ticarətçi (satıcı), yəni təklif verən çıxış edir. Çox vaxt oferta (müqavilə bağlanması haqqında təklif) ümumi xa-
rakter daşıyır. Bununla bərabər, alıcı tərəfindən də müqavilə bağlanması barədə təklif (oferta) irəli sürülə bilər.
Ümumi oferta əsasında bağlanan pərakəndə alqı-satqı müqaviləsinə misal olaraq malların avtomatlardan isti-
fadə etməklə satışını göstərmək olar. Məsələn, qəzetin, suyun avtomatlar vasitəsi ilə alıcıya çatdırılması müqa-
490
Elə də hallar olur ki, həmin hallarda malın qiyməti və pərakəndə alqı-satqı müqaviləsinin digər mühüm şərt-
ləri göstərilmir. Belə hallar müqavilənin mühüm şərtlərinin göstərilib-göstərilməməsindən asılı olmayaraq ümu-
mi oferta sayılır. Bu cür hallara aiddir:
●
satış yerində (piştaxtalarda, vitrinlərdə və i.a.) malların qoyulması;
●
malların nümunələrinin nümayiş etdirilməsi;
●
satılan mallara dair məlumatların (malların təsvirlərinin, kataloqlarının, fotoşəkillərinin və i.a.) təqdim
edilməsi.
Qanun göstərilən bu qaydadan istisnaya yol verir. Belə ki, əgər alıcı açıq-aşkar müəyyən etsə ki, satış yerin-
də qoyulan, nümunələri nümayiş etdirilən, barəsində məlumatlar verilən mal satış üçün nəzərdə tutulmamışdır,
onda belə mallar pərakəndə alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Məsələn, ticarət mərkəzinin zalında
bədii tərtibat məqsədi üçün qoyulan mal və yaxud vitrində qoyulan mal ticarət avadanlığı hesab edilir.
Ümumi ofertanın əsas xüsusiyyətlərindən biri pərakəndə alqı-satqı müqaviləsinin ümumi müqavilə növünə
aid edilməsi ilə izah olunur. Belə ki, ümumi müqavilə bütün istehlakçılar (alıcılar) üçün malların qiymətini və
müqavilənin digər şərtlərini eyni cür müəyyənləşdirir. Ona görə də oferta bütün şəxslər üçün eyni müqavilə
şə
rtlərini əks etdirməli və nəzərdə tutmalıdır. Ümumi oferta qaydasında bağlanan pərakəndə alqı-satqı müqavi-
ləsində tərəf kimi çıxış edən satıcı hər hansı bir alıcının təklifini qəbul etməklə onunla müqavilə bağlamağa
borcludur. Onun müqavilə bağlanmasında hər hansı bir alıcıya digərinə nisbətən üstünlük verməyə hüququ yox-
dur. Mal satmağa imkanı olan satıcı alıcı ilə müqavilə bağlamaqdan əsassız imtina etdikdə alıcının ixtiyarı var
ki, satıcını müqavilə bağlamağa məjbur etmək məqsədilə məhkəməyə müraciət etsin və müqavilə bağlamaqdan
boyun qaçırmağa görə vurulan zərərin ödənilməsini ondan tələb etsin. Ümumi oferta qaydasında bağlanan pəra-
kəndə alqı-satqı müqaviləsinin bir xüsusiyyəti də ondan ibarətdir ki, alıcı müqavilənin predmetindən savayı
Dostları ilə paylaş: