Nümunə üsulu malın keyfiyyətini müəyyən etmək üçün tətbiq edilən əsas vasitələrdən biridir (MM-in
581.3-cü maddəsi). Pərakəndə alqı-satqı müqaviləsinin növlərindən biri malların nümunələr üzrə satılmasını nə-
zərdə tutur (MM-in 619-cu maddəsi). Lakin bu o demək deyildir ki, malın keyfiyyətini təyin etmək üçün tətbiq
edilən nümunə üsulu anlayışı ilə pərakəndə alqı-satqı müqaviləsinin bağlanmasını şərtləndirən satıcının təklif
etdiyi və alıcının tanış olduğu mal nümunəsi anlayışı eyni anlayışlardır. Bu anlayışları bir-biri ilə qarışdırmaq
olmaz. Belə ki, müqavilənin bağlanmasını şərtləndirən satıcının təklif etdiyi və alıcının tanış olduğu mal nümu-
nəsi malın keyfiyyətini təyin etmək üçün tətbiq edilən üsul deyildir. Bu cür mal nümunəsi, hər şeydən əvvəl,
müqavilənin predmetini müəyyən etmək üçün istifadə edilən vasitədir. Belə halda alıcının mal nümunəsi (onun
təsviri, malların kataloqu və s.) ilə tanış olması əsasında müqavilə bağlanılır.
Pərakəndə alqı-satqı müqaviləsində satıcı malı alıcıya üçüncü şəxslərin hüquqlarından azad şəkildə ver-
məlidir. Bu onu ifadə edir ki, satıcının alıcıya üçüncü şəxslərin hüquqları ilə yüklü olan (alıcının bu cür malı
qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla) mal verməyə ixtiyarı yoxdur. Satıcının üçüncü şəxslərin hü-
quqlarından azad mal vermək vəzifəsini icra etməməsinin hüquqi nəticələri alqı-satqı haqqında ümumi müddəa-
larla müəyyən edilir (MM-in 29-cu fəslinin 1-ci paraqrafı, 572-ci maddəsi).
Pərakəndə alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda
irəli gəlmirsə, satıcı alıcıya malı tarada və (və ya) qabda verməlidir. Pərakəndə alqı-satqı müqaviləsinin
predmeti olan malın tarası və qabı ilə əlaqədar olan məsələlər alqı-satqı haqqında ümumi müddəalarla (MM-in
593-594-cü maddələri) tənzimlənir. Ayrı-ayrı növ malların qablaşdırılması və taralaşdırılması qaydaları xüsusi
normativ aktlarda nəzərdə tutula bilər.
Dostları ilə paylaş: |