Zəruri informasiya dedikdə, onun kifayət qədər dolğun və tam ifadə etdiyi məlumat başa düşülür. nforma-
siya alıcıya elə həcmdə və məzmunda verilməlidir ki, o, malın xüsusiyyətləri, ondan istifadə qaydaları və s. ba-
rədə alıcıda dəqiq təsəvvür yarada bilsin. Bunun nəticəsində alıcı öz istəyinə uyğun olaraq düzgün mal seçir.
Düzgün informasiya dedikdə, mal haqqında həqiqətə uyğun gələn, yanlış olmayan məlumatlar başa düşülür.
Mal barəsində verilən düzgün informasiya alıcı tərəfindən malın seçilməsində yanlışlığa və səhvə yol verilməsinə
səbəb olmur.
Qeyd etdik ki, informasiyanın məzmununa aid tələblər əsasən qanunla müəyyən edilir. « stehlakçıların hü-
quqlarının müdafiəsi haqqında» qanunun 13-cü maddəsində bu cür tələblərin dairəsinə aid edilir:
●
malın qiyməti;
●
istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün
zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı);
●
əldə edilməsi şərtləri;
●
təminat öhdəlikləri və iddiaların irəli sürülməsi;
●
malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadə üsulları və qaydaları.
Satıcı istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və
düzgün məlumat verməlidir (« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun 13-cü maddəsinin 1-
ci bəndi). stehsal edilmiş malın üzərində istehsal və ya ticarət markası, əmtəə nişanı olmalıdır. stehsal mar-
kasında müəyyən məlumatlar göstərilir: mal istehsalçısının adı; onun mənsubiyyəti və yeri; standartların (nor-
mativ sənədlərin) şifrəsi.
Malda bəzi hallarda etiket (yarlıq) olmalıdır. Qanun sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin hazırladığı
malda etiketin (yarlığın) olmasını nəzərdə tutur. Etiketdə müəyyən məlumatlar verilir: sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaq hüququ verən sənədin nömrəsi; həmin sənədi təsdiq edən orqanın adı; onun sertifikatlaşdırılması;
xüsusi tələblərə javab verən mallar üçün dövlət standartlarının nömrəsi.
« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanun satılan mal barəsində satıcı tərəfindən yanlış məlu-
matın və kifayət qədər dolğun olmayan məlumatın verilməsinin hüquqi nəticələrini müəyyən edir. Əgər satıcı-
nın göstərilən hərəkətləri alıcının lazımi xassələrə malik olmayan malı almasına səbəb olmuşdursa, onda alıcı
Dostları ilə paylaş: |