493
bağlandığı zaman satıcının elan etdiyi qiyməti ödəmək təşkil edir. Alıcının malın qiymətinin ödənildiyini təsdiq
edən sənədi əldə etdiyi (malın qiymətini ödədiyi) andan müqavilə lazımi formada bağlanmış sayılır (MM-in
615-ci maddəsi).
Pərakəndə alqı-satqı müqaviləsində malın qiymətinin qabaqjadan ödənilməsi nəzərdə tutula bilər. Bu onu
ifadə edir ki, alıcı öz vəzifəsini mal ona verilməmişdən qabaq yerinə yetirir. Malların pərakəndə nisyə alqı-satqı
müqaviləsində, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilədə alıcı
malın qiymətini ödəmək vəzifəsini isə mal ona verildikdən sonra həyata keçirir. Bu cür müqavilələrdə alıcının
öz vəzifəsini icra etmək vaxtı ilə müqavilə bağlamaq vaxtı üst-üstə düşmür.
Alıcı malın qiymətini ödədikdən sonra onu qəbul etməyə borcludur. Bu, onun vəzifəsidir. Alıcının göstə-
rilən həmin vəzifəsi icra vaxtı ilə bağlanma vaxtı üst-üstə düşən (müqavilə bağlanarkən icra edilən) pərakəndə
alqı-satqı müqavilələri üçün xarakterikdir.
Alıcının daşıdığı vəzifələrdən biri qiymətlər arasındakı fərqi ödəməkdən ibarətdir. Belə ki, o qeyri-ərzaq
malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə
başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə
fərq olduqda, alıcı həmin borcu ödəməyə borcludur (MM-in 623.1-ci maddəsi).
Alıcı vəzifələr daşımaqla bərabər, həm də hüquqlara malikdir. Məsələn, qüsuru olan mal satılarkən alıcı
müəyyən tələb irəli sürmək hüququna malikdir. Alıcının ixtiyarı var ki, qeyri-ərzaq malını başqa ölçülü, forma-
lı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirsin, mal haqqında (qiyməti, istehlak xassələri, tə-
minat öhdəlikləri və s.) informasiya alsın, ona dəyən mənəvi ziyanın ödənilməsini tələb etsin və s.
Dostları ilə paylaş: