yəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün
kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Müqaviləyə verilən anlayış əmlak kirayəsi müqavi-
ləsini əmlakın verilməsi üzrə onunla əlaqəli olan mülki-hüquqi müqavilələrdən fərqləndirməyə imkan verir. Bi-
rincisi, əmlak kirayəsi müqaviləsi mülkiyyət hüququ mülkiyyətçidə saxlanmaqla (başqasına keçmədən)
ə
mlakın müvəqqəti istifadə üçün verilməsini nəzərdə tutur. Belə halda əmlakın mülkiyyətçisi kimi yenə də
kirayəyə verən qalır. Əmlakın verilməsini nəzərdə tutan alqı-satqı, dəyişmə, bağışlama və borc müqavilələri üz-
rə isə əmlak digər tərəfin (əldə edənin) mülkiyyətinə keçir. kincisi, kirayə müvəqqəti xarakter daşıyır. Onun
müddəti qurtardıqdan sonra əmlak kirayə verənin özünə qaytarılır. Odur ki, əmlak kirayəsi müqaviləsi üzrə əm-
lak digər tərəfin mülkiyyətinə yox, yalnız müvəqqəti istifadəsinə keçir. Üçüncüsü, əmlak kirayəsi müqaviləsi
predmetinə görə həmin müqavilələrdən fərqlənir. Belə ki, alqı-satqı, dəyişmə və bağışlama kimi mülki-hüquqi
müqavilələrin predmeti qismində həm fərdi, həm də cinsi (növ) əlamətləri ilə müəyyən edilən, həmçinin həm
istehlak olunan, həm də istehlak olunmayan əşyalar çıxış etdiyi halda, əmlak kirayəsi müqaviləsinin predmeti
haqqında bu sözləri demək olmaz. Əmlak kirayəsi müqaviləsinin predmetini təşkil edən əmlakı hüquqi cəhət-
dən əvəz etmək və dəyişdirmək qeyri-mümkündür. Bu müqavilənin predmetindən fərqli olaraq borc müqavilə-
sinin predmeti kimi yalnız cinsi (növ) əlamətləri ilə müəyyən edilən və istehlak olunan əşyalar çıxış edir.
Ə
mlak kirayəsi müqaviləsi üzrə hüquq və vəzifələr hər iki tərəf üçün yarandığına görə bu müqavilə ikitə-
Dostları ilə paylaş: |