yyən edilən əşyalar bu müqavilənin predmeti kimi çıxış edə bilər. kincisi, bu müqavilənin predmeti ola bilən
əş
ya istifadə prosesində öz natural xüsusiyyətlərini saxlamaqla istehlak olunmur. Üçüncüsü, bu əşyalar hüqu-
qi cəhətdən əvəzolunmazdır.
Ə
mlak kirayəsi müqaviləsinin predmeti kimi həm daşınmaz əşyalar (yaşayış otaqları, binalar, torpaq),
həm də daşınar əşyalar (minik maşını, geyim şeyləri, musiqi aləti, tikinti avadanlıqları, idman vasitələri, ev şey-
ləri və s.) çıxış edə bilər. Özü də bu əşyalar dövriyyə qabiliyyətli əşyalar olmalıdır. Dövriyyədə olması qada-
ğ
an edilmiş əşyaların bu müqavilənin predmeti ola bilməsi istisna edilir. Bu cür əşyaların kirayəyə verilməsini
qanun qadağan edir. Heyvanlar da müqavilənin predmeti ola bilər. Biz kənd yerlərində xüsusən qoşqu və yük
heyvanlarının kirayəyə verilməsinin şahidi oluruq. Təsadüfi deyildir ki, Fransa mülki hüququ mal-qaranın kira-
yəsini əmlakın kirayə müqaviləsinin növlərindən biri kimi nəzərdə tutur.
Bəzi əşya növlərinin isə kirayəyə verilməsini qanun məhdudlaşdırır. Məhdud dövriyyə qabiliyyətli əşya-
lar bu cür əşyalardan hesab olunur. Məsələn, mülki silah kirayəyə verilərkən kirayəçinin həmin silahın əldə
edilməsinə icazə alması tələb edilir.
Rəsmi reyestrdə qeydə alınmış əşyalar müqavilənin predmeti ola bilər. Məsələn, mülki hava gəmilərinin
müxtəlif təşkilatlara kirayəyə verilməsi hallarına rast gəlmək olur.
MM-in 675-ci maddəsi əmlak kirayəsi müqaviləsinin predmeti barədə əşya anlayışını işlədir. Belə çıxır
ki, ə
Dostları ilə paylaş: |