münasibətləri şüurlu-iradəvi mahiyyətə malik olan hadisədir.
Bir qayda olaraq, tərəflərin iradəsi hüquq münasibətinin yaranması və həyata keçirilməsi prosesinin bütün
mərhələlərində təzahür edir. Məsələn, alqı-satqı, podrat, daşıma, kirayə, icarə, borc, kredit və digər müqavilələr
ə
sasında yaranan hüquq münasibətlərində tərəflərin iradəsi prosesin bütün mərhələlərində ifadə olunur. ctimai
münasibətlərin hərəkətini ifadə edən bu cür hüquq münasibətləri mübahisəsiz olaraq həmişə iradəvi münasibət-
lərdir. Burada tərəflərin iradəsi hüquq münasibətinin yaranmasından bu münasibətin həyata keçirilməsi başa ça-
tanadək bütün mərhələlərdə ifadə olunur.
Amma elə hüquq münasibətləri vardır ki, burada tərəflərin iradəsi prosesin hüquq münasibətinin yaranması
kimi mərhələsində təzahür etmir. Bu cür münasibətlər tərəflərin iradəsindən asılı olmadan əmələ gəlir. Iradə
yalnız hüquq münasibətlərinin həyata keçirilməsi və icrası mərhələsində ifadə olunur. Belə ki, tərəflərin iradələ-
rindən asılı olmadan əmələ gələn qarşılıqlı hüquq və vəzifələr onların iradələri əsasında həyata keçirilir, icra
edilir. ctimai münasibətlərin qorunmasını və möhkəmləndirilməsini ifadə edən hüquq münasibətləri bu cür mü-
nasibətlərə misal ola bilər. Məsələn, vətəndaş minik avtomobilini sürərkən öz qonşusunun əmlakını zədələyə-
rək, onu yararsız hala salır və zərər vurur. Bununla delikt öhdəliyi, yəni zərər vurmaq nəticəsində hüquq müna-
sibəti yaranır. Bu münasibətə görə vətəndaş (zərərvuran) qonşunun (zərərçəkənin) əmlakına vurduüu zərərin
ə
vəzini ödəyir. Prosesin bu mərhələsində, yəni zərərin əvəzini ödəmək vəzifəsinin icrası mərhələsində artıq ira-
də ifadə olunur. Belə ki, vətəndaş (zərərvuran) öz vəzifəsini başa düşərək icra edir. Baxmayaraq ki, burada pro-
sesin bütün mərhələlərində tərəflərin iradəsi ifadə olunmur, bu cür münasibətləri iradəvi münasibətlər hesab et-
mək olar.
Üçüncüsü, hüquq münasibətləri konkret şəxslər arasında müvcud olan ikitərəfli (qarşılıqlı) münasibət-
Dostları ilə paylaş: |