lərdir. Onlar subyektsiz (şəxssiz) mücərrəd əlaqə deyildir. Istənilən hüquq münasibəti, heç olmazsa, iki subyekt
arasında yaranır. Həmin münasibətlərdə tərəf rolunda çıxış edən subyektləri həmişə konkret olaraq müəyyən et-
mək mümkündür. Hətta belə onları adbaad çaüırmaq da olar. Məsələn, alqı-satqı hüquq münasibəti alıcı-satıcı,
icarə hüquq münasibəti icarəyə verən - icarəçi, daşıma hüquq münasibəti daşıyıcı - yük göndərən, mülkiyyət
hüquq münasibəti mülkiyyətçi - əhatə dairəsi bilinməyən üçüncü şəxslər («hamı və hər kəs») və s. arasında
ə
mələ gəlir. Özü də subyektlərdən (hüquq münasibəti iştirakçılarından) biri ya hüquqlara malik olur, digəri isə
vəzifə daşıyır, ya da ki hər iki subyekt eyni vaxtda və zamanda həm hüquqlara malik olur, həm də vəzifələr da-
ş
ıyırlar. Məsələn, bank əmanəti müqaviləsindən əmələ gələn hüquq münasibətində bank yalnız vəzifə (əmanəti
ə
manətçiyə qaytarmaq vəzifəsi) daşıyır, əmanətçi ilə yalnız hüquqa (əmanətin faizi ilə verilməsini tələb etmək
hüququna) malikdir. Alqı-satqı, icarə, podrat, kirayə və s. müqavilələrdən yaranan münasibətlərdə çıxış edən tə-
rəflər eyni vaxtda həm hüquqlara malik olur, həm də vəzifələr daşıyırlar.
Hüquq və vəzifələr hüquq münasibətlərində iştirak edən subyektləri qarşılıqlı surətdə bir-biri ilə bağlayır və
ə
laqələndirir. Hüquq elmi onları subyektiv hüquq və subyektiv vəzifə adlandırır. Bax, bu hüquq və vəzifələrin
vasitəsi ilə hüquq münasibəti iştirakçıları arasında həmişə ikitərəfli əlaqə yaranır. Bu əlaqənin özü elə hüquq
münasibəti deməkdir. Elə bir münasibət ki, bu münasibətdə iştirak edən tərəflərdən birinin malik olduüu hü-
Dostları ilə paylaş: |