Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1667/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1663   1664   1665   1666   1667   1668   1669   1670   ...   1820
ssisələr, filiallar açmalıdır. Bu yol həm iqtisadi cəhətdən, həm də digər səbəblərə görə məqsədəuyğun və sər-

fəli deyildir. Belə ki, göstərilən yolla firmanın işinin və biznesinin geniş yayılması böyük ilkin pul məbləği (ka-

pital) tələb edir və nejə deyərlər, yersiz və lazımsız narahatlığa, «başağrısına», əzab-əziyyətə səbəb olur. 




 

520


Firmanın öz işini və biznesini daha da geniş yaymağın ikinci yolu françayzinqdir. Françayzinq formasında 

işləmək firma üçün iqtisadi cəhətdən sərfəli və məqsədəuyğundur. Belə ki, firma filialların açılmasına, birgə və 

ya törəmə müəssisələrin yaradılmasına və s. heç bir əlavə xərc çəkmədən öz təsir sferasını genişləndirir. Bun-

dan əlavə, firma-françayzer qarşı tərəfdən müəyyən haqq (ödəniş) almaqla gəlir əldə edir. Qarşı tərəf xidmət 

və malların bölgüsü, yaxud satış üzrə özünün müəssisəsini yaratmaq istəyən tərəfdir. Bunun üçün o, bazarda də-

fələrlə sınaqdan çıxan və məşhurlaşan firma (françayzer) ilə əlaqəyə girir. Həmin firmanın müvafiq sahibkarlıq 

fəaliyyətinin təşkilində kifayət qədər təjrübəsi vardır. Onun istehsal etdiyi mal və ya göstərdiyi xidmət bazarda 

dəfələrlə müsbət mənada sınaqdan çıxmışdır. Bu firma mal istehsal etməkdə və ya xidmət göstərməkdə yaxşı 

işlənmiş plana malikdir. Onun buraxdığı məhsulların əmtəə nişanları və ya göstərdiyi xidmətlərin xidmət nişan-

ları dünyanın bir çox yerlərində tanınır. Buna görə də yaxşı işlənmiş plan əsasında özünün xidmət və malların 

bölgüsü, yaxud satış üzrə müəssisəsini yaratmaq istəyən qarşı tərəf həmin firmanın malik olduğu fərdiləşdirmə 

vasitələrindən (kommersiya işarələrindən, əmtəə nişanlarından və xidmət nişanlarından) istifadə etməklə onun 

nişanı altında, markası altında işləmək istəyir. Belə halda firma ilə qarşı tərəf arasında münasibətlər françayzinq 

forması vasitəsilə qaydaya salınır. Beləliklə, bazarda dəfələrlə sınaqdan çıxan və məşhur olan firma yaxşı işlən-

miş plan əsasında özünün müəssisələrini (kompaniyalarını, firmalarını və s.) yaratmaq istəyən şəxslərin (istifa-

dəçilərin) hamısına onun nişanı altında, markası altında işləmək hüququ verir ki, bu, françayzinq adlanır. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1663   1664   1665   1666   1667   1668   1669   1670   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin