2. Françayzinqin tarixi
«Françayzinq» sözü əvvəldə qeyd etdiyimiz kimi, fransız mənşəli sözdür. Lakin buna baxmayaraq, françayzinq
münasibətləri özünün əmələ gəlməsinə, inkişafına və tanınmasına görə ABŞ hüququna «borclu və minnətdar» ol-
malıdır.
Xüsusi xarakterə malik olan françayzinq hələ XIX əsrdə ABŞ-da meydana gəlmişdir. Lakin bu münasibətlər
Avropanın və Amerikanın inkişaf etmiş ölkələrində yalnız 1950-ci ildən sonra geniş yayıldı. Qeyd etmək lazım-
dır ki, müasir mənada hüquq institutu kimi françayzinqin yaranması ABŞ-da XIX əsrin II yarısında Jənub və
Ş
imal arasında vətəndaş müharibəsi qurtardıqdan dərhal sonrakı dövrə təsadüf edir. Hesab edilir ki, birinci «tə-
miz françayzinq» praktikada 1863-cü ildə məşhur tikiş maşınlarının ixtiraçısı Y. Zingerin firması tərəfindən tət-
biq olunmuşdur. Dəmir yolu və bank işi sahəsində biznesə verilən hüquqları da françayzinqin ilkin nümunələri
hesab etmək olar 1898-ci ildə müasir françayzinqin inkişafında yeni dövr başlayır. Belə ki, «Jeneral Motors»
korporasiyası öz avtomobillərini ayrı-ayrı ərazilərdə satmaq üçün müstəqil firmalar cəlb etdi. XIX əsrin axırla-
rında alkoqolsuz (spirtsiz) içkilər sahəsində satış françayzinqi inkişaf etməyə başladı. Bu sahədə françayzinq-
dən ilk dəfə «Coca-cola» korporasiyası, daha sonra isə «Pepsi-cola» və «Şveps» firmaları istifadə etmişlər.
XX əsrin əvvəllərindən başlayaraq françayzinq ABŞ-da öz tətbiq sferasını daha da genişləndirərək kütləvi
tələbat mallarının pərakəndə ticarəti, əhaliyə məişət xidməti göstərilməsi, dondurma satışı, xalça məmulatları-
nın kimyəvi təmizlənməsi kimi sahələrdə yayıldı. 30-cu illərdə əvvəlcə H. Consonun, sonra isə Vulvorsonun
mağazalar sisteminin təşəbbüsü ilə françayzinq beynəlxalq kommersiya praktikasında tətbiq olundu. Müharibə-
dən sonra 1950-ci ildən başlayaraq ABŞ-da françayzinq daha da inkişaf etdi. Məhz 50-ci illərdə «Makdonalds»,
«Kentakki Frayd Çikens», «Seven-ap», «Vilti», bir az sonra «Pitsa Hat» və dünyada tanınan digər françayzerlər
yarandı. Mehmanxana biznesi sahəsində «Hilton», «Şeraton» və «Holidey nn» kimi françayzinq nəhəngləri da-
ha məşhurdur. «Burger Kinq», «Pepsiko», «Kompüterlend» və digərləri françayzinq müqaviləsi əsasında işlə-
yirlər.
Hal-hazırda dünya miqyasında françayzinqin tətbiq sferası günü-gündən genişlənir. Françayzinq biznesi
dünyanın 80 ölkəsini əhatə edir. ABŞ-da pərakəndə ticarətin ümumi həcminin üçdə bir hissəsi məhz françay-
zinq şəbəkələrinin vasitəsi ilə həyata keçirilir.
Dünyanın bəzi dövlətlərində françayzinq münasibətlərinin tənzimlənməsinə xüsusi fikir verilir. Françayzinq
haqqında ilk qanunvericilik aktı 1971-ci ildə Kanadanın Alberta əyalətində qəbul edilmişdir. Belə akt 1989-cu il-
dən Fransada da mövcuddur. RF-in mülki qanunvericiliyində «kommersiya konsessiya müqaviləsi» anlayışı nə-
zərdə tutulur ki, bu hüquqi konstruksiyadan françayzinq müqaviləsinə oxşar olan münasibətləri müəyyən etmək
üçün istifadə edilir. RF MM-in 54-cü fəsli (1027-1040-cı maddələr) həmin münasibətləri qaydaya salır.
ABŞ-ın federal qanunvericiliyi də françayzinq münasibətlərinə toxunur. Belə ki, həmin qanunvericiliyə da-
xil olan bəzi aktlar françayzinqin qaydaya salınmasına həsr edilmişdir. Məsələn, françayzinq üzrə Qaydalar bu
cür aktlara misal ola bilər ki, həmin sənədi ticarət üzrə federal komissiya hazırlamışdır. ABŞ-ın bəzi ştatlarının
qanunvericiliyi françayzinq müqaviləsinin qeydiyyata alınmasının məjburiliyi haqqında qayda müəyyən edir.
ABŞ-da françayzinq haqqında qanunvericilik həm federal, həm də ştatlar səviyyəsində 1979-cu ildə qəbul olun-
muşdur.
Bununla bərabər, bəzi dövlətlərin (Almaniya, ngiltərə və s.) milli hüquq sistemləri françayzinq münasibətlə-
rini xüsusi qanunvericilik səviyyəsində tənzimləmir. Lakin bu, həmin dövlətlərdə françayzinqin geniş surətdə
521
tətbiq edilməsinə mane olmur. Qeyd etməliyik ki, françayzinq bir az əvvəldə göstərdiyimiz kimi, 80-dən çox öl-
kədə mövcud olsa da, onun hüquqi tənzimlənməsi yalnız dörd ölkədə (ABŞ, Kanada, Fransa və RF-də) həyata
keçirilir. Qanunvericiliklə tənzimetmədən başqa, qeyri-məjburi xarakterli beynəlxalq sənədlər də vacib əhəmiy-
yətə malikdir. Bu sənədlərə aiddir: informasiyaların açılması barədə Model qanunu (2002); UN DRUA-nın ha-
zırladığı françayzinqin beynəlxalq şəbəkələrinin təşkili haqqında rəhbərlik (1998); françayzinq üzrə Avropa
Davranış Məcəlləsi (1972); Beynəlxalq Ticarət Palatasının beynəlxalq françayzinq haqqında birtipli kontraktı
və s.
Dostları ilə paylaş: |