Françayzinqin məqsədi dünya bazarında tanınmış şirkətlərin, firmaların öz işlərini və biznesini əlavə xərc-
lərə yol vermədən genişləndirilməsini təmin etməkdən, istifadəçi müəssisələrə həmin firma və şirkətlərin fərdi-
ləşdirmə vasitələri altında işləmələri üçün hüquq verməkdən ibarətdir. Bu cür münasibət hər iki tərəf üçün sər-
fəli və faydalıdır. Belə ki, istifadəçi müəssisələr firma-françayzerin fərdiləşdirmə vasitələrinə olan hüququndan
istifadə etməklə istehsal etdiyi malın və ya göstərdiyi xidmətin reklamına xərc çəkmir. Ona görə ki, o, artıq
dünya bazarında çoxdan bəri məşhur olan firma-françayzerin buraxdığı malın (xidmətin) malik olduğu nişan
(marka) altında məhsul istehsal edir (xidmət göstərir). Eyni zamanda, yuxarıda göstərdiyimiz kimi, firma-fran-
çayzer özünün firmalarını açmadan, asılı müəssisələr və ya birgə müəssisələr yaratmadan öz biznesini genişlən-
dirir və bununla bağlı xərc çəkmir.
Françayzinq hər yerdə, dünyanın bir çox dövlətlərində adi biznesə nisbətən daha əhəmiyyətli və etibarlıdır.
Ona görə ki, hər bir yeni və təzə yaradılmış müəssisənin arxasında vaxt və bazar baxımından yoxlanılmış, sı-
naqdan çıxmış və dünya bazarında tanınmış firma-françayzer («böyük qardaş») durur. Məsələn, «Makdonalds»
(restoran), «Hilton» (mehmanxana xidməti), «Soni» (müasir elektron aparatları), «Ribok» (idman ayaqqabısı),
«Lemonti» (hazır paltar) və s. firma-françayzerə misal ola bilər.
Françayzinq sahibkarlıq fəaliyyətinin əsasən iki sahəsini əhatə edir:
●
malların istehsalını və satışını (Product Distribution Franchising);
●
xidmət göstərilməsini (Business Format Franchising)
Praktikada françayzinqin dörd növü fərqləndirilir:
●
satış françayzinqi;
●
ticarət françayzinqi;
●
xidmət françayzinqi;
●
istehsal françayzinqi.
Dostları ilə paylaş: |