stehsal françayzinqi odur ki, bunun əsasında istifadəçi müəssisə firma-françayzerin əmtəə nişanından istifadə
etməklə mal istehsal etmək işi ilə məşğul olur. Əslinə baxsan, satış françayzinqi ilə ticarət françayzinqi eyni
mənalı anlayışlardır. Hüquq ədəbiyyatında həm də sənaye françayzinqi kimi anlayış işlədilir. Qeyd etmək la-
zımdır ki, sənaye françayzinqi istehsal françayzinqi ilə eynimənalı anlayışdır. Belə ki, sənaye françayzinqinə
görə, müəssisəyə françayzerin əmtəə nişanından və (və ya) sənaye sirrindən («nou-hau»dan) istifadə etməklə
mal istehsalına icazə verilir; bu zaman françayzer müəssisəyə texniki yardım da göstərir. Fransa müəllifi F.
Bessi də onları eynimənalı anlayışlar kimi işlədir.
Qeyd etmək lazımdır ki, hüquq ədəbiyyatında françayzinq digər əsaslara görə də təsnif edilir. Məsələn, ingilis
müəllifi L. Moytland françayzinin imkanı və niyyətinə görə françayzinqi üç növə bölür: fərdi (şəxsi) françayzinq
(bu növ françayzinqə görə, hər hansı şəxs tək halında öz evində və ya nəqliyyat vasitəsindən istifadə etməklə mal-
ların satışı və ya xidmət göstərilməsi üzrə franşiza işini həyata keçirir); işgüzar françayzinq (bu növ françayzinqə
görə, hər hansı ailə və ya qohumlardan ibarət olan qrup ticarət mağazasından istifadə etməklə mal satır və ya xid-
mət göstərir); investisiya françayzinqi (bu növ françayzinqə görə kommersiya təşkilatı qoyulmuş kapitala görə
uzunmüddətli faiz alır).
Fransa müəllifi F. Bessi françayzinqi üç növə bölür: servis françayzinqi (bu növ françayzinqə görə, fran-
çayzi françayzerin xidmət nişanı altında xidmət göstərir); bölüşdürücü françayzinq (bu növ françayzinqə satış
və ticarət françayzinqləri aiddir); istehsal (və ya sənaye) françayzinqi.
Müəlliflərdən V. Dovqan françayzinqin üç növünü fərqləndirir: əmtəə françayzinqi (bu növ françayzinqə
görə, françayziyə françayzerin ticarət markası altında mal satmağa icazə verir); istehsal françayzinqi (bu növ
françayzinq spirtsiz içki sahəsində daha geniş yayılmışdır); işgüzar françayzinq (bu növ françayzinqə görə,
françayzer françayziyə mağaza, pavilyon və köşk açmağa, habelə onun firma adı altında alıcılara mal satmağa
və ya xidmət göstərməyə icazə verir).
Dostları ilə paylaş: |