530
nəticə əldə edilir. Bununla bərabər, podrat müqaviləsi həm də xidmət göstərilməsi üzrə, habelə mal mübadiləsi
üzrə iqtisadi münasibətləri tənzimləyir.
2. Müqavilə
nin tə
tbiq sahə
si
Podrat müqaviləsi çox geniş sahələrdə tətbiq edilir. Bu müqavilədən, hər şeydən əvvəl, müəyyən nəticəsi
olan, onun nəticəsi ayrıla bilən işlərin görülməsində hüquqi konstruksiya və vasitə kimi istifadə olunur. Özü də
işi görən tərəf, həm də onu təşkil edir. şin nəticəsi kimi bir qayda olaraq, hazırlanmış yeni əşyalar – tikilmiş
penjəkdən tutmuş ujaldılmış binalara və tikililərə kimi bütün predmetlər çıxış edir. Bununla belə, sifarişçi tərə-
findən özünə məxsus olan əşyanı emal olunmaq üçün verildiyi hallarda da podratdan hüquqi forma kimi istifadə
edilir.
Podrat müqaviləsinin hüquqi rəsmiləşdirmə vasitəsi kimi çıxış etdiyi ə
n vacib sahə
tikintidir. Tikinti aparıl-
ması ilə əlaqədar münasibətlər bu müqavilənin hüquqi tənzimetmə sahəsinə aiddir. Təkjə tikinti yox, həm də
eyni zamanda tikinti ilə bağlı layihə, quraşdırma, axtarış-kəşfiyyat, işə salma və digər işlərin görülməsi ilə əla-
qədar yaranan münasibətlər podrat müqaviləsi ilə qaydaya salınır.
Podrat müqaviləsi vətəndaşların şəxsi ehtiyaclarının ödənilməsinə də xidmət edir. Belə ki, bağ evlərinin,
yaşayış mənzillərinin tikintisi, təmir emalatxanasının (müəssisəsinin) şəxsi minik avtomobillərini, soyuducuları,
televizorları və s. təmir etməsi, rəssamın sifariş əsasında portret yaratması, şəkil çəkməsi, heykəltəraşın isə sifa-
riş üzrə abidə-heykəl ujaltması və digər hallarda bu müqavilə hüquqi rəsmiləşdirmə vasitəsi kimi çıxış edir.
Dostları ilə paylaş: