ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun. Bu onu ifadə edir ki, haqq ödənilməsi barədə tərəflər razılığa gəldik-
də müqavilə əvəzli, haqq barədə şərt nəzərdə tutulmadıqda isə əvəzsiz xarakterə malik olur. Başqa sözlə desək,
tapşırıq müqaviləsi yalnız müqavilədə haqq barədə şərt nəzərdə tutulduğu halda əvəzli olur. Bununla bərabər,
vəkalət alan tərəf (vəkil, patent müvəkkili) müstəqil peşə fəaliyyəti formasında əqdlər bağlayarsa və ya xid-
mətlər göstərərsə, tapşırıq müqaviləsi əvəzli müqavilə olajaqdır. Söhbət kommersiya nümayəndəliyindən get-
mir (MM-in 361-ci maddəsi). Göstərilən hallarda söhbət ancaq vəkillər, patent müvəkkilləri və s. tərəfindən hə-
yata keçirilən peşəkarlıq nümayəndəliyindən gedir ki, belə nümayəndəlik həmişə əvəzli olur; bu hamılıqla be-
lə qəbul edilmişdir. Bəzən tapşırıq müqaviləsində haqq vermək barədə şərt göstərilsə də, haqqın miqdarı müəy-
yənləşdirilmir. Lakin bu hal heç də müqavilənin əvəzsiz olmasını şərtləndirmir; tapşırıq müqaviləsi buna bax-
mayaraq bu kimi məqamlarda əvəzli müqavilə sayılır.
Ə
vəzsiz tapşırıq müqaviləsi yalnız gizli nümayəndəlik münasibətləri yaradır. Bu cür müqavilədən xidmət
Dostları ilə paylaş: |