ırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (və-
kalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat
vermədən icra etməyi öhdəsinə götürür.
Tapşırıq müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələri müqavilənin mühüm şərtləri barədə onlar arasında ra-
zılıq əldə edildiyi andan əmələ gəlir. Bu onu göstərir ki, tapşırıq müqaviləsi konsensual müqavilədir. Həm də
ona görə ki, tərəflər öz aralarında razılığa gəldikləri andan müqavilə bağlanmış sayılır. Amma müqavilə vəkalət
alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (MM-in 777.2-ji maddəsi). Ona görə ki, əqdin təsnifi ba-
xımından tapşırıq müqaviləsi ikitərəfli əqddir; ikitərəfli əqdin isə bağlanması üçün hər iki tərəfin iradə ifadəsi
tələb olunur. Vəkalət alanın tapşırığı qəbul etməsi məhz onun tapşırıq müqaviləsinin bağlanmasına razılıq ver-
məsini və iradəsini ifadə edir.
Tapşırıq müqaviləsi həm əvəzli, həm də əvəzsiz ola bilər. Bunu MM-in 783.2-ci maddəsində ifadə edilən
göstərişdən müəyyən etmək mümkündür. Bu göstərişə görə vəkalət verən vəkalət alana yalnız o halda haqq
Dostları ilə paylaş: |