§ 2. Tapşırıq müqaviləsinin elementləri
1. Tərəflər
Tapşırıq müqaviləsində iki tərəf iştirak edir:
●
vəkalət verən;
●
vəkalət alan.
Vəkalət verən təmsil olunan, vəkalət alan isə nümayəndədir. Tapşırıq müqaviləsinin əsas funksiyası da bu iki
müqavilə iştirakçısı arasındakı münasibətləri tənzimləməkdən və qaydaya salmaqdan ibarətdir. Roma hüququ və-
kalət verəni «mandant», vəkalət alanı isə «mandatari (prokurator)» adlandırırdı.
Tapşırıq müqaviləsinin subyekt tərkibi bu müqavilənin növü ilə şərtlənir Əgər tapşırıq müqaviləsi ümumi
mülki münasibətləri tənzimləyirsə, bu cür müqavilədə istənilən hər hansı hüquqi və fiziki şəxsin həm vəka-
lət verən, həm vəkalət alan rolunda çıxış etməsi istisna olunmur. Özü də buradaca dərhal qeyd etməliyik ki,
yalnız tam mülki fəaliyyət qabiliyyətli vətəndaşlar bu müqavilənin bağlanmasında tərəf qismində iştirak edə bi-
lərlər. Başqa sözlə desək, tapşırıq müqaviləsini bağlamaq üçün həm vəkalət alanın, həm də vəkalət verənin tam
mülki fəaliyyət qabiliyyətinə malik olmaları tələb olunur. Müqavilənin predmeti faktiki hərəkətlər olduqda on-
ların tam fəaliyyət qabiliyyətinə malik olmaları tələb edilmir. Ona görə ki, faktiki hərəkətlər qeyri-əqd tipli hə-
rəkətlərdir. Belə hərəkətlərin edilməsi üçün isə vəkalət alan şəxsin tam mülki fəaliyyət qabiliyyətinə malik ol-
ması tələb edilmir. Məsələn, şəxs öz yaxın qohumuna tapşırır ki, o, evdəki paltarları camaşırxanada yudurtsun;
bu zaman vəkalət alan şəxsin tam mülki fəaliyyət qabiliyyətinə malik olması tələb edilmir. Amma hüquqi hərə-
kətlər əqd tipli hərəkətlərdir (məsələn, müqavilə bağlamaq və s.); əqd bağlamaq qabiliyyəti isə mülki fəaliyyət
qabiliyyətinin məjburi elementlərindən biridir. Odur ki, şəxs əqd bağlayarsa, o, tam mülki fəaliyyət qabiliyyəti-
nə malik olmalıdır.
Dostları ilə paylaş: |