2. Müqavilənin predmeti
Tapşırıq müqaviləsinin predmetini müəyyənləşdirmək üçün mülki qanunvericiliyin həmin müqaviləyə leqal
tərif verən normasını nəzərdən keçirmək lazımdır (MM-in 777.1-ci maddəsi). Bu normaya görə vəkalət alan və-
kalət verənin ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür. Əqdləri, işləri və
ya xidmətləri icra etmək hüquqi hərəkət yox, faktiki hərəkət sayılır. Deməli, bizim ölkə qanunvericiliyinə görə,
tapşırıq müqaviləsinin predmetini vəkalət alanın vəkalət verənin hesabına həyata keçirdiyi faktiki hərəkətlər
təşkil edir. Odur ki, qüvvədə olan mövcud mülki qanunvericilik baxımından əgər hər hansısa bir şəxs başqa
şə
xs üçün yalnız hüquqi hərəkətlər yerinə yetirərsə, tapşırıq müqaviləsi bağlanmır.
Amma tapşırıq müqaviləsi əsasında faktiki hərəkətlərdən başqa, həm də hüquqi hərəkətlər yerinə yetirilə bi-
lər. Buna görə də MM-də tapşırıq müqaviləsinin leqal anlayışını verən norma belə formulə edilməlidir:
Dostları ilə paylaş: |