Nisbi hüquq münasibətləri odur ki, burada müəyyən konkret səlahiyyətli şəxsə (şəxslərə) konkret müəyyən
borclu şəxs (şəxslər) durur. Bu cür hüquq münasibətlərinin subyekt tərkibi — həm səlahiyyətli şəxs, həm də
borclu şəxs adbaad, konkret və dəqiq olaraq məlumdur. Özü də borclu şəxs mütləq hüquq münasibətlərində ol-
duüu kimi passiv yox, aktiv vəzifə daşıyır. Onun özərinə səlahiyyətli şəxsin xeyrinə müsbət hərəkətlər etmək
— ya istifadəyə və mülkiyyətə əmlak vermək, ya iş görmək, ya xidmət göstərmək, ya da ki pul ödəmək vəzifəsi
düşür.
Nisbi hüquq münasibətlərinin əhatə dairəsi son dərəcə geniş və müxtəlifdir. Onlara öhdəlik hüquq münasi-
bətlərini misal çəkmək olar. Söhbət həm müqavilədən (alqı-satqı, podrat, icarə, kirayə, daşıma, bank əmanəti,
kredit və digər müqavilələrdən), həm də qeyri-müqavilədən (zərər vurmaqdan, əsassız varlanmadan, müsabiqə
keçirməkdən, xüsusi mükafatlandırma vədindən və s.) əmələ gələn öhdəliklərdən (öhdəlik hüquq münasibətlə-
rindən) gedir. Məsələn, alqı-satqı hüquq münasibəti alqı-satqı müqaviləsindən əmələ gəlmişdir. Burada hər iki
tərəf (subyekt tərkibi) dəqiq və konkret olaraq adbaad məlumdur: satıcı və alıcı. Podrat hüquq münasibətində də
hər iki tərəfi adbaad çaüırmaq olar: podratçı və sifarişçi. Daşıma hüquq münasibətində də belədir: daşıyıcı və
yük göndərən.
Bəs, mülki hüquq münasibətlərinin mütləq və nisbi hüquq münasibətləri adlı iki növə bölünməsinin nə kimi
praktiki əhəmiyyəti və mənası vardır? Bu cür bölgünün praktiki əhəmiyyəti ondan ibarətdir ki, mütləq mülki
hüquq münasibətlərində səlahiyyətli şəxsin hüquqları istənilən şəxs («hamı və hər kəs») tərəfindən pozula bilər.
Ona görə də bu münasibətlərdə səlahiyyətli şəxsin hüquqları istənilən şəxsdən müdafiə edilir. Səlahiyyətli
şə
xsin hüquqları pozulduüu hallarda hüquq pozuntusu törədən istənilən şəxsə mülki-hüquqi sanksiyalar tətbiq
olunur.
Nisbi mülki hüquq münasibətlərində isə səlahiyyətli şəxsin hüquqları həmin hüquq münasibətlərində iştirak
edən konkret, dəqiq və müəyyən subyekt (borclu şəxs) tərəfindən pozula bilər. Ona görə də bu cür hüquq müna-
sibətlərində səlahiyyətli şəxsin hüquqları konkret və dəqiq olaraq müəyyən edilmiş şəxsin törətdiyi hüquq
Dostları ilə paylaş: |