ki-hüquqi məsuliyyətə cəlb edilirlər və onlara sanksiyalar (müdafiə və məsuliyyət tədbirləri) tətbiq olunur.
76
4. Əş
ya və
öhdə
lik mülki hüquq münasibə
tlə
ri
Sə
lahiyyə
tli şə
xsin — subyektiv mülki hüquq daş
ıyıcısının mə
nafe və
maraqlarını tə
min etmə
k üsulu
kimi ə
lamə
tə
və
meyara görə
mülki hüquq münasibətləri iki növə bölünür:
●
əşya hüquq münasibətləri;
●
öhdəlik hüquq münasibətləri.
Əş
ya hüquq münasibətlərində səlahiyyətli şəxsin mənafeyi əşya ilə bilavasitə qarşılıqlı təsir və əlaqədə ol-
maq yolu ilə həmin əşyanın fayda verməsi hesabına təmin edilir. Bu hüquq münasibətlərində səlahiyyətli şəx-
sin ehtiyacı onun öz şə
xsi-xüsusi (fə
rdi) hə
rə
kə
tlə
ri vasitə
silə
ödə
nilir. Burada səlahiyyətli şəxs borclu şəx-
sin hərəkəti olmadan öz subyektiv hüquqlarını həyata keçirir. Borclu şəxsin (səlahiyyətli şəxsi əhatə edən bütün
şə
xslərin) özərinə isə bu hüquqların həyata keçirilməsinə mane olan hər hansı hərəkətdən çəkinmək kimi passiv
tipli vəzifə qoyulmuşdur. Bu passiv vəzifəyə əməl etmək səlahiyyətli şəxsin mənafeyinin təmin olunmasına də-
lalət edir.
Əş
ya hüquq münasibətləri səlahiyyətli şəxsin əşyaya olan münasibətinin, onun əşya özərində sahibliyinin və
yiyəliyinin hüquqi cəhətdən rəsmiləşdirmə formasıdır. Bu münasibətlər əşya özərində səlahiyyətli şəxsin hüqu-
qu ilə bağlıdır. Məsələn, yaşayış evi əşyadır. Onun fayda vermək xüsusiyyəti vardır. Belə ki, yaşayış evinin
ə
sas təyinatı insanın yaşamasını təmin etməkdir. Yaşayış evinin mülkiyyətçisi (səlahiyyətli şəxs) öz ehtiyac və
tələbatını ödəmək üçün yaşayış evindən istifadə edir, orada yaşayır. Beləliklə, mülkiyyətçinin yaşayış evinə
olan mülkiyyət hüququ ilə bağlı olaraq əşya hüquq münasibəti əmələ gəlir. Bu hüquq münasibəti mülkiyyətçi-
nin öz hərəkətləri ilə həyata keçirilir. Amma bir şərtlə ki, mülkiyyətçini əhatə edən şəxslər ona mane olmasın-
lar. Həmin şəxslər öz passiv vəzifəsini icra etsələr, mülkiyyətçinin mənafeyi təmin olunacaqdır.
Əş
ya hüquq münasibətlərində səlahiyyət şəxs (subyektiv hüququn daşıyıcısı), əgər əşya qanunsuz olaraq
başqa şəxsin sahibliyinə keçərsə, onun əşya hüququ ləğv edilmir, əksinə saxlanılır, müvcud olmaqda davam
edir. Məsələn, əşya öz mülkiyyətçisinin iradəsindən asılı olmayaraq oüurlanır. Mülkiyyətçinin bu cür halda əş-
ya hüququ saxlanılır.
Əş
ya hüquq münasibətləri müxtəlifdir. Bu münasibətlər özü iki yerə ayrılır:
●
mülkiyyət hüquq münasibətləri;
●
məhdud əşya hüquq münasibətləri.
Dostları ilə paylaş: