mamlanmasına imkan verir. Məsələn, on dörd yaşına kimi azyaşlılar, MM-in 29-cu maddəsində göstərilmiş
ə
qdlər (müqavilələr) istisna olmaqla, müstəqil surətdə əqd (müqavilə) bağlaya bilməzlər. Bu, o deməkdir ki, on-
lar mülki hüquq münasibətlərində subyekt rolunda iştirak edə bilməzlər. Bəs azyaşlılar necə, hansı qaydada və
kimin vasitəsilə əqd (müqavilə) bağlaya və bununla mülki hüquq və vəzifələr əldə edə bilərlər? Başqa sözlə de-
sək, azyaşlılar mülki hüquq münasibətlərində subyekt rolunda kimin vasitəsilə çıxış edə bilərlər? Mülki qanun-
vericilik müəyyən edir ki, on dörd yaşı tamam olmamış azyaşlıların əvəzinə, əqdləri (müqavilələri) onların
adından yalnız valideynləri, övladlıüa götürənlər və ya qəyyumlar bağlaya bilərlər (MM-in 29-cu maddəsinin 1-
ci bəndi). Fəaliyyət qabiliyyəti olmayan ruhi xəstələrin adından əqdləri (müqavilələri) onların qəyyumları bağ-
layırlar (MM-in 28-ci maddəsinin 8-ci bəndi). Belə təsəvvür yaranır ki, azyaşlıların, ruhi xəstələrin mülki hü-
quq qabiliyyəti digər şəxslərin — valideynlərin, övladlıüa götürənlərin və ya qəyyumların fəaliyyət qabiliyyəti
ilə tamamlanır, birləşir. Bununla azyaşlılar, ruhi xəstələr həmin şəxslərin vasitəsilə mülki hüquq münasibətlə-
rində iştirak edir, mülki hüquq və vəzifələr əldə edir. Bu şəxslər öz hərəkətləri ilə azyaşlı və ruhi xəstələr üçün
mülki hüquq və vəzifələr yaratmaq qabiliyyətinə malikdirlər. Bu, həmin şəxslərin transfəaliyyət qabiyyətinin
birinci tərəfini ifadə edir. Transfəaliyyət qabiliyyəti subyektin öz hərəkətləri ilə başqa şəxslər üçün hüquq
Dostları ilə paylaş: |