Microsoft Word mulki huquq doc


Hüquq xitamedici mülki-hüquqi faktlar



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə265/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   261   262   263   264   265   266   267   268   ...   1820
Hüquq xitamedici mülki-hüquqi faktlar odur ki, mülki qanunvericilik mülki hüquq münasibətlərinə xitam 

verilməsini  məhz  bu  cür  faktlarla  bağlayır  və  əlaqələndirir.  Əgər  mülki  qanunvericilik  mülki-hüquqi  faktları 

mülki hüquq münasibətlərinə xitam verilməsinin əsası kimi nəzərdə tutarsa, onda belə halda hüquq xitamedici 

hüquqi faktlar göz qabağındadır. Bu kimi faktlara kifayət qədər çoxlu misallar çəkə bilərik. Məsələn, borc alan 

aldığı pul məbləüini nəzərdə tutulan müddətdə qaytarır. Bununla borc hüquq münasibətinə xitam verilir. Borcu 

qaytarmaq  hüquqi  faktdır.  Alqı-satqı  müqaviləsi  özrə  satıcı  əşyanı  alıcıya  verir.  Bununla  onun  əşya  özərində 

mülkiyyət hüququna (mülkiyyət hüquq münasibətinə) xitam verilir. Alqı-satqı müqaviləsi bağlamaq hüquqi fakt-

dır. Daşınar əşya məhv olur və bununla mülkiyyət hüquq münasibətinə xitam verilir. Əşyanın məhv olması hüqu-

qi faktdır. Rəssamla vətəndaş arasında onun portretinin (təsviri sənət əsərinin) yaradılması barədə bədii sifariş mü-

qaviləsi (müəlliflik müqaviləsi) bağlanır. Müqavilə bağlanan müddətdən bir az keçmiş rəssam ölür. Bununla hü-

quq münasibətinə xitam verilir. Rəssamın ölümü hüquqi faktdır.  


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin