5. Mülki-hüquqi faktların təsnifi
Mülki-hüquqi faktlar kifayət qədər çoxsaylı və müxtəlifdir. Bu hüquqi faktlar sivilistika elmində müxtəlif
ə
sas və meyarlara görə təsnif edilir.
Mülki-hüquqi faktların təsnifinin həm nəzəri, həm də praktiki əhəmiyyəti vardır. Bu, hər şeydən əvvəl, mül-
ki-hüquqi faktların ayrı-ayrı növlərinin əsas xüsusiyyətlərinin müəyyən edilməsinə, onların dərindən başa dü-
ş
ülməsinə və hərtərəfli tədqiq olunmasına imkan verir. Bununla məhz hansı növ mülki hüquq münasibətinin ya-
ranması, dəyişməsi və ya xitam olunması müəyyənləşdirilir, bu münasibət iştirakçılarının hansı hüquqlara malik
olması və hansı vəzifələr daşıması aydınlaşdırılır. Bununla mülki hüquq münasibətləri bir-birindən fərqləndiri-
lir. Bu da öz növbəsində mülki qanunvericiliyin dözgün tətbiq olunmasına imkan verir.
Dostları ilə paylaş: |