Sadə hüquqi tərkiblər odur ki, bu tərkiblərə daxil olan hüquqi faktlar yalnız birlikdə götürülmüş halda,
ə
mələ gəlmə ardıcıllıüından asılı olmayaraq mülki hüquq münasibətinin əsası kimi çıxış edir, yəni hüquqi
nəticəyə səbəb olur. Burada hüquqi faktların hansı ardıcıllıqla əmələ gəlməsinin təfavütü və əhəmiyyəti yoxdur.
Özü də həmin faktlar arasında qəti asılılıq əlaqələri müvcud deyil. Əsas və zəruri odur ki, həmin faktların ha-
mısı eyni vaxtda kompleks halında birləşərək, mülki hüquq münasibətlərinin hüquqi-faktiki əsası kimi
çıxış etsin. Məsələn, iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda id-
dia müddətinin axımı dayandırılır (MM-in 379-cu maddəsinin 1-ci bəndinin 1-ci yarımbəndi). Burada iki hüqu-
qi faktın məcmusu iddia müddətinin axımının dayandırılmasına səbəb olur: birinci hüquqi fakt iddiaçı və ya
cavabdehin silahlı qüvvələrin tərkibində olmasından ibarətdir; silahlı qüvvələrin hərbi vəziyyətə keçirilməsi isə
ikinci hüquqi faktdır. Bu iki hüquqi fakt birlikdə müvafiq hüquqi nəticəyə səbəb olur. Həmin faktların hansı ar-
dıcıllıqla əmələ gəlməsinin hüquqi nəticənin meydana gəlməsi üçün əhəmiyyəti və təfavütü yoxdur. Belə ki, ola
bilər, əvvəlcə silahlı qüvvələr hərbi vəziyyətə keçirilsin və bundan sonra iddiaçı və ya cavabdeh silahlı qüvvələ-
rin tərkibinə çaürılsın və yaxud iddiaçı (və ya cavabdeh) silahlı qüvvələrin tərkibində olsun, sonra isə silahlı
qüvvələr hərbi vəziyyətə keçirilsin.
Dostları ilə paylaş: |