rana bilər.
Mülki qanunvericiliyin müəyyən etdiyi bu qaydanın müasir iqtisadi (əmlak) dövriyyənin inkişafı üçün böyük
ə
həmiyyəti vardır. Komanda (sovet) iqtisadiyyatından bazar iqtisadiyyatına keçid dövrü üçün həmin qaydanın
rolu xüsusilə vacib və mühüm xarakter daşıyır. Müasir dövr zəruri sosial-iqtisadi dəyişikliklərin və islahatların
həyata keçirilməsi ilə xarakterizə olunur. Məhz kəskin dəyişikliklərlə müşayiət edilən bu cür şəraitdə iqtisadi
(əmlak) dövriyyə, bazar əmtəə-pul mübadiləsi ilə bağlı olan bütün hüquqi faktları, istisnasız olaraq, mülki qa-
nunvericilik nəzərə almaq iqtidarında deyil. Aydın bir həqiqətdir ki, ölkə iqtisadiyyatının normal fəaliyyət gös-
tərməsi üçün lazım olan bütün mümkün hüquqi faktları mülki qanunvericilik qabaqcadan nəzərdə tuta bilməz.
Təxirəsalınmaz elə bir şərait yaranar ki, bu şərait yeni hüquqi faktların dövlət tərəfindən rəsmən tanınmasını,
yəni qanunvericiliyə müvafiq dəyişiklik və ya əlavələr edilməsini tələb etsin. Məlumdur ki, qanunvericiliyə bir-
dən-birə dərhal, avtomatik olaraq bu cür dəyişiklik və ya əlavələr etmək mümkün deyil. Bu, müəyyən vaxt
müddəti tələb edir. Belə bir vəziyyətdə mülki qanunvericiliyin müəyyən etdiyi, barəsində söhbət açdığımız mü-
vafiq qaydanın əvəzedilməz rolu və əhəmiyyəti vardır.
Dostları ilə paylaş: |