Mürəkkəb hüquqi faktlar dedikdə, mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam
olunmasının hüquqi-faktiki əsası kimi bir yox, iki və ya daha artıq hüquqi faktın çıxış etməsi başa düşülür. Bu
cür hüquqi faktlar həm də hüquqi tərkib adlanır. Hüquqi tərkib dedikdə, mülki hüquq münasibətlərinin hüqu-
qi-faktiki əsası kimi hüquqi faktların məcmusu başa düşülür. Buraya daxil olan hər bir hüquqi fakt müstəqil
ə
həmiyyətə malik ola bilər. Məsələn, mühəndis ixtira edir. Ixtira (patent) hüquq münasibətinin əmələ gəlməsi
üçün mühəndisin ixtiranı yaratması kimi təkcə bir fakt kifayət etmir. Bunun üçün ikinci bir hüquqi faktın, yəni
səlahiyyətli dövlət orqanının (Patent Idarəsinin) həmin həlli (yəni ixtira kimi təklif olunan texniki nailiyyəti)
təsdiqləmək və tanımaq kimi aktının olması vacibdir. Bax, ixtira yaratmaq, dövlət orqanının həmin həlli təsdiq-
ləmək və tanımaq kimi iki hüquqi faktın məcmusu hüquqi tərkibi əmələ gətirir. Hüquqi tərkiblərin özləri də iki
cür olur:
●
sadə hüquqi tərkiblər;
●
mürəkkəb hüquqi tərkiblər.
Dostları ilə paylaş: |