Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə254/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   250   251   252   253   254   255   256   257   ...   1820
vericinin), rəsmi hakimiyyətin iradəsindən asılıdır. Lazım gələrsə, onlar hər hansı bir həyati hala hüquqi fakt 

kimi əhəmiyyət verə bilərlər, zəruri olmazsa, yox. Buna görə də həyati halın hüquqi fakt kimi tanınması həyati 

prosesdə iştirak edənlərin iradəsindən asılı deyil.  

Eyni bir həyati hal dövlətin tanınmasından və münasibətindən asılı olaraq ayrı-ayrı müxtəlif dövrlərdə həm 

hüquqi fakt statusu əldə edə bilər, həm də etməyə bilər. Məsələn, Azərbaycan Respublikasının yeni Mülki Mə-

cəlləsi  qüvvəyə  minənə  kimi  daşınmaz  əmlakın  mülkiyyətçisi  olmayan  şəxsin  həmin  əmlaka  öz  əmlakı  kimi 

vicdanla, açıq və fasiləsiz sahibliyi (həyati hal) hüquqi fakt hesab edilmirdi. Belə ki, dövlət bu cür həyati halı 

hüquqi fakt kimi tanımırdı. Yeni MM qüvvəyə minəndən sonra dövlət ona hüquqi əhəmiyyət verdi. Belə ki, ye-

ni MM-in 179-cu maddəsinin 1-ci bəndinə görə, daşınmaz əmlakın mülkiyyətçisi olmayan şəxs, əgər on il ər-

zində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edərdisə, bu əmlaka mülkiyyət hüququ əldə edirdi. 




 

84 


Deməli, dövlət göstərilən həyati halı mülki hüquq normasında nəzərdə tutmaqla onu hüquqi fakt kimi tanıyırdı. 

Bu hüquqi fakt isə mülkiyyət hüquq münasibətinin əmələ gəlmə əsası kimi çıxış edirdi. Hal-hazırda göstərdiyi-

miz  maddə  (179.1)  MM-dən  zıxarılmışdır  və  buna  görə  də  həmin  həyati  hal  dövlət  tərəfindən  tanınmır.  ndi 

dövlət bu halı daşınar əmlaka münasibətdə tanıyır (MM-in 181-ci maddəsinin 4-cü bəndi). 

Mülki-hüquqi faktların üçüncü xüsusiyyəti ondan ibarətdir ki, onlar mülki hüquq normaları əsasında müəy-

yən hüquqi nəticəyə səbəb olur. Hüquqi nəticəsi olmayan həyati hallar hüquqi fakt hesab edilmir. Yuxarıda çək-

diyimiz misalda daşıma müqaviləsinin bağlanması kimi hüquqi fakt hansı hüquqi nəticəyə səbəb olur? Bu hü-

quqi fakt nəticəsində daşıma hüquq münasibəti və tərəflərin hüquq və vəzifələri yaranır. ×əkdiyimiz ikinci mi-

salda atanın ölümü ilə vərəsəlik hüquq münasibəti və bununla vərəsələrin hüquq və vəzifələri əmələ gəlir. Hü-

quqi fakt nəticəsində mülki hüquq münasibəti xitam da oluna bilər. Məsələn, müvafiq dövlət orqanının qərarı 

ilə  (hüquqi  fakt)  mülkiyyətçidən  əmlak  cəmiyyətin  mənafeyi  üçün  alınır  (MM-in  209-cu  maddəsi).  Bunun 

nəticəsində  mülkiyyət  hüquq  münasibətinə  xitam  verilir.  Hüquqi  fakt  nəticəsində  mülki  hüquq  münasibətləri 

dəyişə də bilər. Dediklərimizdən belə nəticəyə gələ bilərik ki, hüquqi faktların hüquqi nəticəsi mülki hüquq mü-

nasibətlərinin yaranmasından, dəyişməsindən və ya xitam olunmasından ibarətdir. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin