Microsoft Word mulki huquq doc


dasında tanınan faktlardır, y



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə253/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   249   250   251   252   253   254   255   256   ...   1820
dasında tanınan faktlardır, yəni həyati hallardır. Qanunvericilik qaydasında rəsmən dövlət tərəfindən tanın-

mayan həyati hallar hüquqi fakt hesab edilmir. Başqa sözlə desək, dövlət həyati halları özünün yaratdığı mülki 

hüquq  normalarında  nəzərdə  tutmalıdır.  Bu  normalar  isə  mülki  qanunvericilik  aktlarında  (qanunlarda,  qanun 

qüvvəli normativ aktlarda və s.) ifadə olunmalıdır. Deməli, həyati hallar yalnız mülki hüquq normalarında nə-

zərdə tutulduqda hüquqi fakt kimi tanınır və qəbul edilir. Əgər həyati hallar mülki hüquq normalarında göstəril-

məyibsə, onda həmin hallar hüquqi fakt statusu qazanmır.  

Həyat bir-birilə zəncir kimi bağlanan müxtəlif hərəkətlərdən, hadisələrdən, əməllərdən, hallardan, faktlardan 

və reallıqlardan ibarətdir. Şübhəsiz ki, dövlət onların hamısını hüquqi fakt kimi tanımır. Dövlət yalnız o həyati 

hallara hüquqi fakt kimi əhəmiyyət verir ki, onlar cəmiyyətin nisbətən daha mühüm mənafelərinə toxunsun, hü-

quqi tənzimetmə sferasına daxil olsun və müəyyən hüquqi nəticəyə gətirib çıxarsın. Bu isə onu göstərir ki, bu 

və ya digər həyati halın hüquqi fakt kimi tanınması tamamilə dövlətin hüquqyaratma orqanının (qanun-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin