biliyyəti deyilir. Subyektin öz hərəkətləri ilə özü üçün hüquqlar əldə etmək və özü üçün vəzifələr yaratmaq qa-
biliyyəti mülki fəaliyyət qabiliyyəti adlanır. Mülki hüquq pozuntusuna görə, şəxsin məsuliyyət daşımaq, cavab
vermək qabiliyyətinə delikt qabiliyyəti deyilir. Subyektin öz hərəkətləri ilə başqa şəxslər üçün hüquq və vəzi-
fələr yaratmaq, habelə şəxslərin hərəkətləri nəticəsində əmələ gələn hüquq və vəzifələri öz özərinə götürmək
qabiliyyəti transfəaliyyət qabiliyyəti adlanır.
3. Mülki-hüquqi faktlar
Qeyd etdik və göstərdik ki, mülki hüquq normaları və mülki hüquq subyektliyi mülki hüquq münasibətləri-
nin yaranmasının ilkin şərtləri hesab edilir. Mülki hüquq normaları kimi ilkin şərt mülki hüquq münasibətləri-
nin dinamikasının normativ əsası, mülki hüquq subyektliyi isə subyekt əsası sayılır. Normativ və subyekt kimi
iki əsas konkret mülki hüquq münasibətlərinin yaranması üçün kifayət etmir. Mülki hüquq münasibətlərinin
ə
mələ gəlməsi üçün həm də hüquqi faktların olması vacibdir.
Mülki hüquq faktları mülki hüquq münasibətlərinin yaranmasının ilkin şərtlərindən biridir. Onlara hüquqi-
83
faktiki əsas deyilir. Mülki hüquq normaları və mülki hüquq subyektliyi kimi ilkin şərtlər bu münasibətlərin
ə
mələ gəlməsi üçün yalnız imkan yaradır. Mülki-hüquqi fatklar isə bu imkanı gerçəkliyə çevirir və mülki hüquq
münasibətləri yaradır, dəyişdirir və ya xitam edir. Ona görə də sivilistika elmində hüquqi faktlara mülki hüquq
Dostları ilə paylaş: |