hərəkətlər və ya hüquq pozuntuları da adlandırırlar.
Hüquqazidd hərəkətlər odur ki, bu cür hərəkətlərin edilməsinə mülki qanunvericilik yol vermir, onu qadaüan
edir və yasaqlayır. Bu hərəkətlər mülki qanunvericilik aktlarında ifadə olunan hüquqi göstərişləri pozur. Əgər
mülki qanunvericilik mülki hüquq münasibətlərinin əmələ gəlməsini, dəyişməsini və ya xitam olunmasını hü-
quqazidd hərəkətlə bağlayırsa və əlaqələndirirsə, onda həmin hərəkətlər hüquqi faktlar kimi çıxış edir. Hüquqi
fakt qismində çıxış edən hüquqazidd hərəkətlər müxtəlifdir.
Zərər vurmaq hüquqazidd hərəkətin əsas hissəsini təşkil edir. Bunlara deliktlər deyilir. Söhbət fiziki
şə
xsin şəxsiyyətinə, əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgözar nüfuzuna zərər vurmaqdan gedir. Mə-
sələn, sürücü minik avtomobilini yüksək sürətlə idarə edərkən səkidə dayanan vətəndaşı vurur və ona xəsarət
yetirərək iki ayaüını sındırır. Zərərçəkən vətəndaş işə çıxmır və əmək haqqından məhrum olur. Bundan savayı,
o, saülamlıüının pozulması ilə bağlı əlavə xərclər, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman
alınmasına və s. xərclər çəkir. Bununla zərərçəkən vətəndaş ziyana düşür. Zərərvuran sürücü həmin ziyanın
91
ə
vəzini ödəməlidir. Sürücü ilə vətəndaş arasında ziyan vurmaqla bağlı mülki hüquq münasibəti (delikt hüquq
münasibəti və ya delikt öhdəliyi) əmələ gəlir.
Ə
Dostları ilə paylaş: |