rir.
Dövlət qeydiyyatına almaq kimi akt bu cür inzibati aktlara misal ola bilər. Həmin akt olmazsa, mülki hü-
quq münasibəti əmələ gəlmir. Mülki qanunvericilik göstərir ki, dövlət qeydiyyatına alınmalı olan mülki hüquq
münasibətləri onların qeydə alındığı andan əmələ gəlir (MM-in 14-cü maddəsinin 3-cü bəndi). Məsələn, daşın-
maz əşya satılarkən həmin əşyaya mülkiyyət hüququ (əşya ilə bağlı risklər, xərjlər və s.) alıcıya daşınmaz əmla-
kın dövlət reyestrində qeydiyyat anından keçir (MM-in 648-ci maddəsinin 2-ci bəndi). Belə təsəvvür yaranır ki,
bəzi hallarda hüquqi hərəkətlərin dövlət qeydiyyatına alınması kimi inzibati akt mülki hüquqi nəticəyə sə-
bəb olur.
Dostları ilə paylaş: |