imtina edə bilməyə ixtiyarı çatmır. Bunu qanun qadaüan edir. Amma fiziki şəxs konkret subyektiv hüquqdan
99
imtina edə, onu başqa şəxslərə verə bilər.
Beləliklə, biz mülki hüquq qabiliyyəti və subyektiv mülki hüquq kimi iki müxtəlif kateqoriyanı bir-birindən
ayırmaüa və fərqləndirməyə əsas verən cəhətləri aydınlaşdırdıq. Dediklərimizdən belə nəticəyə gələ bilərik ki,
mülki hüquq qabiliyyəti konkret subyektiv mülki hüquqlar vasitəsi ilə həyata keçirilir. Harada ki fiziki
şə
xs konkret subyektiv mülki hüquqlara malik olur və onları əldə edir, bu, mülki hüquq qabiliyyətinin həyata
keçirilməsini ifadə edir. Onlar bir-birindən fərqli anlayışlardır. Bununla belə, söylədiklərimiz hüquq ədəbiyya-
tında irəli sürülən belə bir nəzəri konsepsiyanın əsassız olmasını sübut edir ki, guya hüquq qabiliyyəti hər bir
konkret şəxsin müəyyən subyektiv hüququdur. Bu konsepsiya S.N.Bratus tərəfindən əsaslandırılmış və digər
müəlliflər tərəfindən isə inkişaf etdirilmişdir. S.N.Bratus yazırdı ki, hüquq qabiliyyəti hüquq və vəzifələrin sub-
yekti olmaq hüququdur. Onun fikrincə, hüquq qabiliyyətinin istənilən təzahürü və ifadəsi subyektiv hüquqlar-
dır.
S.N.Bratusun əsaslandırdığı konsepsiyanı dəstəkləyən müəlliflər öz fikirlərini əsaslandırmaq üçün müəyyən
arqument və dəlillər gətirirlər. Onlar göstərirlər ki, bütün subyektiv hüquqlar üçün xarakterik olan cəhətlər mü-
ə
yyən subyektiv hüquq mənasında çıxış edən hüquq qabiliyyətində vardır: birincisi, bu hüquqa qarşı hüquq qa-
biliyyətini pozmamaq kimi passiv vəzifə durur; ikincisi, bu hüquq müdafiədən istifadə edir.
Göstərilən nəzəri konsepsiya həqiqətdən uzaq olub, əsassızdır. Bu konsepsiya ilə çətin ki razılaşmaq olar.
Ona görə ki, müəlliflərin mütləq çoxluüu subyektiv hüquqların hüquq münasibətlərindən kənarda müvcud ol-
ması ideyasını qəbul etmirlər. Həmin müəlliflər belə hesab edirlər ki, hüquq münasibətləri subyektiv hüquqların
ə
mələ gəlməsinin məcburi formasıdır: hüquq münasibəti yoxdursa, subyektiv hüquq da müvcud deyil. Hüquq
Dostları ilə paylaş: