qabiliyyətinin məzmununun məhdudlaşdırılmasını ifadə edir. Belə təsəvvür yaranır ki, fiziki şəxsin hüquq
qabiliyyəti yalnız qanunla müəyyənləşidirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər (MM-in 31-ci maddə-
sinin 1-ci bəndi).
Hüquq ədəbiyyatında mülki hüquq qabiliyyətinin hüquqi məzmunu mübahisə doüurur. Bu barədə iki nəzə-
riyyə yaranmışdır: dinamik hüquq qabiliyyəti nəzəriyyəsi (1940-cı ildə M.M.Aqarkov tərəfindən irəli sürülmüş-
dür); statik hüquq qabiliyyəti nəzəriyyəsi (1950-ci ildə S.N.Bratus tərəfindən əsaslandırılmışdır). Dinamik nəzə-
riyyəyə görə, hüquq qabiliyyətinin məzmunu onun təkcə dövlət tərəfindən müəyyənləşdirilməsindən yox, həm
də şəxsin hansı konkret hüquqlara malik olmasından, faktiki surətdə digər subyektlərlə hansı münasibətlərə gir-
məsindən asılıdır. Statik nəzəriyyəyə görə isə hüquq qabiliyyətinin məzmunu tamamilə onun dövlət tərəfindən
müəyyənləşdirilməsindən asılıdır. Bizim fikrimizcə, statik nəzəriyyə həqiqətə daha yaxın, daha inandırıcıdır.
Almaniyalı professor Helmut Haynriks demişkən, hüquq qabiliyyəti qanunverici tərəfindən gündərilmişdir.
Dostları ilə paylaş: |