4. Emansipasiya
Emansipasiya (latınca «emancipatio» — asılılıqdan azad olma) haqqında qayda bizim ölkə qanunvericiliyi
üçün novelladır, yeni institutdur. Köhnə Mülki Məcəllə bu cür institut nəzərdə tutmurdu. Müasir mülki qanun-
vericilik yaranmış yeni ictimai-iqtisadi vəziyyətin tələbatını nəzərə alaraq, MM-ə emansipasiya halı barədə qay-
da daxil etmişdir. Bu qaydanın tarixi kökləri qədim Roma hüququ ilə bağlıdır. Romada istisna hal kimi fiziki
şə
xslər (kişilər) imperatorun xüsusi icazəsi ilə 12 yaşda fəaliyyət qabiliyyətli hesab edilə bilərdilər. Emansipasi-
ya haqqında qayda sonralar Almaniya və digər kontinental ölkələrin qanunvericiliyi tərəfindən qəbul edilmişdir.
Məsələn, Fransa Mülki Məcəlləsinin birinci kitabının 11-ci bölməsində, Italiya Mülki Məcəlləsinin 10-cu böl-
məsində emansipasiyanı tənzimləyən normalar vardır. Bu institutu bir çox xarici ölkələrin qanunvericiliyi tanı-
yır. Yeni ictimai-iqtisadi mühitə uyüun olaraq emansipasiya RF-in, Azərbaycan Respublikasının və digər MDB
dövlətlərinin mülki məcəllələrində nəzərdə tutulur.
Dostları ilə paylaş: |