Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə343/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   339   340   341   342   343   344   345   346   ...   1820
2. Tam fəaliyyət qabiliyyəti olmayan fiziki şəxslər  

Yeddi yaşınadək bütün azyaşlılara tam fəaliyyət qabiliyyəti olmayan fiziki şəxslər deyilir. Bu yaşadək, tə-

bii  ki,  azyaşlılar  əqli-psixi  cəhətdən  yetkin  və  bişkin  deyillər.  Onların  öz  etdikləri  hərəkətlərin  əhəmiyyətini, 

mənasını və nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Bu qəbildən olan fiziki şəxslər öz hərəkətlərini idarə və 



onlara  rəhbərlik  etmək  iqtidarına  malik  deyillər.  Psixi-əqli  cəhətdən  yetkin  olmamaq  həmin  şəxslərə  imkan 

vermir ki, onlar bu və ya digər məsələ barəsində müstəqil surətdə qərar qəbul etsinlər. Bax, bu səbəblərə görə 

də yeddi yaşınadək azyaşlılar hüquqi əhəmiyyəti və mənası olan hər hansı bir hərəkət edə bilmirlər. Bunu nəzə-

rə  alaraq mülki qanunvericilik  yeddi  yaşınadək  azyaşlıların fəaliyyət qabiliyyətinin olmaması barədə  göstəriş 

ifadə edir (MM-in 28-ci maddəsinin 3-cü bəndi). 

Bizim ölkə qanunvericiliyinin müəyyən etdiyi bu qayda qədim Roma hüququ və Almaniya mülki qanunveri-

cilik ənənələrinə uyüun gəlir. Roma hüququ yeddi yaşınadək azyaşlıları «infantes» adlandırırdı. Bu kateqoriya 

azyaşlılar  tam  fəaliyyət  qabiliyyəti  olmayan  şəxslər  hesab  edilirdi.  Almaniya  Mülki  Qanunnaməsinin  104-cü 

paraqrafına görə yeddi yaşınadək azyaşlıların fəaliyyət qabiliyyəti yoxdur. Analoæi göstərişi bəzi xarici ölkələ-

rin mülki qanunvericiliyi də ifadə edir. RF-in qanunvericiliyi bunlardan fərqli olaraq, altı yaşınadək azyaşlıları 

tam fəaliyyət qabiliyyəti olmayan şəxslər sayır.  

Sovet mülki qanunvericiliyi altı və ya yeddi yaşınadək azyaşlıların fəaliyyət qabiliyyətinin olmaması barədə 




 

109


göstəriş ifadə etmirdi. RSFSR-in (o cümlədən Azərbaycan SSR-in) köhnə 1964-cü il Mülki Məcəlləsinin 14-cü 

maddəsində, habelə digər sovet müttəfiq respublikalarının mülki məcəllələrinin müvafiq maddələrində on beş 

yaşınadək həddi-büluüa çatmayan şəxslərin xırda məişət xarakterli əqdləri müstəqil bağlamaq hüququ nəzərdə 

tutulurdu. Qanunun ifadə etdiyi bu göstərişdən belə bir nəticə çıxarmaq mümkün idi ki, altı və ya yeddi yaşına-

dək də azyaşlı xırda məişət xarakterli əqdlər bağlaya bilərdi (məsələn, dükandan bulka ala bilməsi və s.). Demə-

li, sovet qanunvericiliyinə görə, on beş yaşınadək həddi-büluüa çatmayanlar qismən də olsa fəaliyyət qabiliyyə-

ti olan şəxslər hesab edilirdilər. 

Bizim ölkənin müasir qanunvericiliyi qəti olaraq yeddi yaşınadək azyaşlıları tam fəaliyyət qabiliyyəti olmayan 

şə

xslər kateqoriyasına aid edir. Bu, o deməkdir ki, həmin kateqoriya həddi-büluüa çatmayanlar öz hərəkətləri ilə 



müstəqil surətdə özləri üçün mülki hüquqlar əldə edə və özləri üçün mülki vəzifələr yarada bilməzlər. Onların hü-

quqi əhəmiyyəti və mənası olan hər hansı hərəkət (məsələn, müqavilə bağlamaq və s.) etməsi istisna edilir, qeyri-

mümkündür.  

Bu cür şəxslər əmlak və digər mülki-hüquqi məsələlər barəsində qərarlar qəbul etmək iqtidarında deyillər. 

Onlar həm də vurduqları zərərin əvəzini ödəməkdən azaddırlar. Bu, o deməkdir ki, yeddi yaşınadək azyaşlıla-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   339   340   341   342   343   344   345   346   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin