Microsoft Word mulki huquq doc


daxil olduüu vaxtdan bütün mülki-hüquqi m



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə351/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   347   348   349   350   351   352   353   354   ...   1820
daxil olduüu vaxtdan bütün mülki-hüquqi məsələləri qanuni nümayəndənin (valideynlərin, övladlıüa gö-

türənlərin və ya himayəçinin) razılıüı olmadan, müstəqil surətdə özü həll edir.  

Göstərilən  oxşar  münasibətlərin  tənzimlənməsinə  xarici  ölkələrin  qanunvericiliyi  də  diqqət  yetirir.  svezrə 

qanunvericiliyinə görə, nikaha girməklə şəxs yetkinlik yaşına (həddi-büluğa) çatmış hesab olunur (MM-in 14-

cü maddəsi). Analocigöstəriş Yaponiya qanunvericiliyində də nəzərdə tutulur (MM-in 753-cü maddəsi). Fransa 

qanunvericiliyində şəxs nikaha girməklə emansipasiyalaşır. Almaniya MQ-yə görə, həm kişilər özün, həm də 

qadınlar özün 18 yaş həddi nikah yaşı kimi müəyyənləşdirilir (§ 1303). Ciddi əsaslar olduqda qəyyumluq məh-

kəməsinin qərarı ilə nikah yaşı azaldıla bilər və 18 yaşına çatmamış şəxs nikaha girdiyi vaxtdan tam həjmdə fə-

aliyyət qabiliyyəti əldə edir. 

On səkkiz yaşına çatmayan fiziki şəxsin göstərilən qaydada girdiyi nikah münasibəti onun on səkkiz yaşı ta-

mam olması vaxtına kimi pozula bilər. Nikahın pozulması dedikdə, müxtəlif hüquqi faktlar əsasında onun xitam 

(ləğv) edilməsi başa düşülür. Bu cür faktlara ər-arvaddan birinin ölməsini, yaxud boşanmanı misal göstərmək 

olar. Belə halda, yəni on səkkiz yaşına çatanadək nikah xitam edildiyi halda fiziki şəxs üçün əldə olunmuş mül-

ki fəaliyyət qabiliyyəti tam həcmdə saxlanılır, yoxsa itir?  

Mülki qanunvericilik bu suala da dəqiq olaraq cavab verir: fiziki şəxsin on səkkiz yaşı tamam olmasınadək 

nikah  xitam  edildiyi  halda  onun  əldə  etdiyi  mülki  fəaliyyət  qabiliyyəti  tam  həcmdə  saxlanılır  (MM-in  28-ci 

maddəsinin 6-cı bəndi). Bu, o deməkdir ki, fiziki şəxs on səkkiz yaşa çatanadək öz hərəkətləri ilə tam həcmdə 

mülki hüquqlar əldə etmək və özü üçün mülki vəzifələr yaratmaq, bir sözlə, hüquqi əhəmiyyəti olan istənilən 

hərəkəti etmək şansını itirmir.  

Bəzi hallarda nikah etibarsız hesab edilə bilər. Qanunun nikaha daxil olmaq üçün müəyyən etdiyi lazımi və 

zəruri şərtlər etibarsız hesab edildikdə, nikah da etibarsız sayılır. Əgər bu şərtlərə (nikaha daxil olan şəxslərin 

qarşılıqlı razılıüı, ruhi xəstə olmamaq, yalnız bir rəsmi nikahda olmaq, bir-biri ilə yaxın qohumluq münasibətin-

də olmamaq və s.) əməl olunmazsa, nikah etibarsız hesab edilir. Özü də nikah yalnız məhkəmə tərəfindən eti-

barsız sayıla bilər.  

On  səkkiz  yaşınadək  nikah  məhkəmə  qaydasında  etibarsız  hesab  edildikdə,  müvafiq  şəxs  əldə  etdiyi  tam 

mülki fəaliyyət qabiliyyətini saxlayırmı, yoxsa, itirir? Mülki qanunvericilik bu sualı da cavabsız qoymur: məh-

kəmə mülki yetkinlik yaşına çatmayan ərin (arvadın) tam fəaliyyət qabiliyyətini itirməsi barədə qərar qəbul edə 

bilər (MM-in 28-ci maddəsinin 7-ci bəndi). Ər (və ya arvad) məhkəmənin müəyyən etdiyi andan tam mülki fəa-

liyyət qabiliyyətini itirir. Mülki qanunvericiliyin bu cür göstəriş ifadə etməsi təsadüfi deyil. Axı, nikahı etibarsız 

hesab  etmək  o  deməkdir  ki,  nikah  əvvəldən  qanunun  müəyyən  etdiyi  şərtlərə  zidd  olmuşdur,  yəni,  o,  hüquqi 

cəhətdən, ümumiyyətlə, müvcud olmamışdır. Beləliklə, nikah etibarsız sayıldıqda, ər (və ya arvad) on səkkiz yaşı 

tamam olana kimi tam mülki hüquqi statusa malik olmur, bu cür tam statusu itirir.  


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   347   348   349   350   351   352   353   354   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin