6. Nisbi mülki fəaliyyət qabiliyyətli fiziki şəxslər
Nisbi mülki fəaliyyət qabiliyyətli şəxslər odur ki, onların yaş həddi on dörddən on səkkizə kimidir. Onlar
mülki yetkinlik yaşına və həddi-büluüa çatmayan şəxslər kateqoriyasına aiddirlər. Bu cür şəxslər tam həcmdə
mülki fəaliyyət qabiliyyətinə malik deyillər. Ona görə də həmin kateqoriya həddi-büluüa çatmayanlar nata-
mam (tam olmayan) mülki fəaliyyət qabiliyyəti olan şəxslər də adlanır. Mülki qanunvericiliyə görə, mülki
yetkinlik yaşına çatmış fiziki şəxslərə nisbətən, onların çox da geniş həcmli fəaliyyət qabiliyyəti yoxdur. Bu, o
deməkdir ki, nisbi fəaliyyət qabiliyyəti olan şəxslərin qanunun yol verdiyi və qadaüan etmədiyi istənilən hüquqi
hərəkəti müstəqil surətdə etmək imkanı yoxdur. Amma 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatma-
yanların mülki fəaliyyət qabiliyyətinin həcmi kifayət qədər əhatəlidir. Bu, onların mülki (əmlak) dövriyyədə
müstəqil surətdə çıxış etmələrinə hazır olmaq səviyyəsinə, habelə əqli yetkinlik səviyyəsinə uyüundur.
14 yaşından 18 yaşınadək olan şəxslərin mülki fəaliyyət qabiliyyətinin məzmununa daxil olan elementləri
(hüquqi imkanları) iki yerə bölmək olar:
●
öz qanuni nümayəndəsinin (və ya himayəzinin) razılıüı ilə şəxsin hüquqi hərəkətlər etmək imkanı;
●
heç kəsdən asılı olmadan müstəqil surətdə şəxsin hüquqi hərəkətlər etmək imkanı.
Dostları ilə paylaş: |