Razılıüı hər iki valideyn birlikdə verir. Əgər razılıq valideynlərdən biri tərəfindən verilərsə, onda onun hü-
quqi əhəmiyyəti olmayacaqdır. Qanunda yetkinlik yaşına çatmayan şəxsin əqdləri valideynlərindən birinin yox,
hər ikisinin razılıüı ilə bağlaması haqqında göstəriş ifadə edilir.
Bundan əlavə, valideynlərdən təkcə birinin razılıq verməsi məsələyə birtərəfli yanaşmanı ifadə edir, habelə
həddi-büluüa çatmayan şəxsin etdiyi hüquqi hərəkətləri o biri valideynin yoxlamaq imkanını aradan qaldırır. Bu, o
biri valideynin həmin hərəkətlər özərində lazımınca nəzarət etmək hüququnu tamamilə məhdudlaşdırır. Ona görə
də ən dözgün variant həddi-büluüa çatmayan şəxsin etdiyi hərəkətlərə hər iki valideynin birlikdə razılıq verməsin-
dən ibarətdir.
Ə
gər yetkinlik yaşına çatmayan şəxs övladlıüa götürülmüşdürsə, onda o, hüquqi hərəkətləri hər iki övladlıüa
götürənin birlikdə yazılı razılıüı ilə edir. Valideynlər və ya övladlıüa götürənlər olmadıqda isə həmin şəxsin əqd
bağlamasına və digər hüquqi hərəkətlər etməsinə razılıüı bu şəxs özərində təyin edilmiş himayəçi verir.
Qeyd etmək lazımdır ki, bəzi hallarda mülki yetkinlik yaşına çatmayan şəxs hüquqi hərəkətləri öz qanuni nü-
mayəndəsinin razılıüı olmadan edir. Bu hərəkət dərhal avtomatik olaraq etibarsızlıüa səbəb olmur. Belə ki, əgər
həmin hərəkət qanuni nümayəndə tərəfindən bəyənilsə, onda o, etibarlı sayılır. Bu kimi hallarda razılıq bəyənil-
mə aktı ilə əvəz edilir. Bəyənilmə üçün qanun məcburi yazılı forma müəyyən etmir. Odur ki, əqd həm yazılı,
həm də şifahi formada bəyənilə bilər.
Qanuni nümayəndənin razılıq verməsi onu ifadə etmir ki, bağlanan əqdlərin və edilən digər hüquqi hərəkət-
lərin əsas iştirakçısı yetkinlik yaşına çatmayan şəxs yox, qanuni nümayəndənin özüdür. Sözsöz, bu əqdlərin və
digər hüquqi hərəkətlərin əsas iştirakçısı yetkinlik yaşına çatmayan şəxsdir. Burada onun iradəsi ifadə olunur.
Qanuni nümayəndənin bağladığı əqdlər və etdiyi digər hüquqi hərəkətlər onun özün yox, yetkinlik yaşına çat-
mayan şəxs özün hüquq və vəzifələr əmələ gətirir (MM-in 30-cu maddəsinin 2-ci bəndi).
Dostları ilə paylaş: |