kimi mülki (əmlak) dövriyyədə çıxış etməyə borclu olmasından ibarətdir. Söhbət qəyyumların 14 yaşınadək
olan yetkinlik yaşına çatmayanların və məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslə-
rin əvəzinə əqdləri onların adından və onların mənafeyi üçün bağlamasından gedir. Qəyyumluq altında olan bu
kateqoriya şəxsləri qəyyumlar əmlak münasibətlərində tam əvəz edirlər. Himayəçilər isə himayə altında
olan şəxslərin mənafeyini təmin etmək məqsədi ilə onların bağladıqları əqdlərə yazılı razılıq verirlər.
Bununla belə, elə əqdlər vardır ki, qəyyumlar həmin əqdləri qəyyumluq və himayəçilik orqanının qabaq-
cadan icazəsini almadan bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Mülki qa-
nunvericiliyin müəyyənləşdirdiyi bu qayda qəyyumluqda (himayədə) olan şəxslərin mənafeyi üçün qəyyumla-
rın (himayəçilərin) fəaliyyəti özərində lazımi dövlət nəzarətini təmin etmək məqsədini güdür. Bu qayda həmin
şə
xslərin əmlakı barəsində qəyyumların (himayəçilərin) sərəncam verməsi özərində dövlət yoxlaması (nəzarəti)
müəyyən edir. Əgər qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyumlar əqd bağla-
yarlarsa, himayəçilər isə bu əqdlərin bağlanmasına razılıq verərlərsə, onda onların hüquqi əhəmiyyəti olmur. Bu
cür əqdlər etibarsız sayıla bilər.
Qəyyumluq və himayəçilik orqanından qabaqcadan icazəsi alınması tələb olunan əqdlərə mülki qanunverici-
lik şamil edir:
●
qəyyumluqda (himayədə) olanın əmlakının özgəninkiləşdirilməsinə yönələn əqdlər (əmlakı satmaq, də-
yişdirmək, bağışlamaq, icarəyə vermək, kirayəyə vermək, girov qoymaq, ipotekaya vermək, əvəzsiz istifadəyə
vermək və s.). Qəyyum bu cür əqdlər bağlayarkən, himayəçi isə onların bağlanmasına razılıq verərkən hökmən
və mütləq qəyyumluq və himayəçilik orqanından qabaqcadan icazə alınması gərəkdir və vacibdir;
●
qəyyumluqda və ya himayədə olan şəxsə mənsub olan mülki əmlak hüquqlarından imtinaya səbəb olan
ə
qdlər (miras əmlakı qəbul etməkdən imtina əqdi; borcun alınmasından və geri qaytarılmasından imtina əqdi;
verilən hədiyyəni qəbul etmək əqdi; kirayə və ya icarə haqqını almaqdan imtina əqdi və s.). Məsələn, on yaşlı
uşaüa vəsiyyət yolu ilə babasından bağ evi keçir. Qəyyum bağ evini, yəni miras əmlakı qəbul etməkdən imtina
etmək üçün hökmən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almalıdır. Başqa bir misalda
qonşunun on üç yaşlı uşaüa borcu vardır. Qəyyum bu borcdan imtina etmək üçün mütləq qəyyumluq və hima-
yəçilik orqanının qabaqcadan icazəsini almalıdır.
●
qəyyumluqda və ya himayədə olanın əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrıl-
Dostları ilə paylaş: |