Etibarlı idarəçinin əmlak barəsində hüquqları qeyri-məhdud deyil. Belə ki, o, əmlakın özgəninkiləşdirilməsi-
nə və s. yönələn əqdləri (bu əqdlər MM-in 36-cı maddəsinin 2-ci bəndində göstərilmişdir) yalnız qəyyumluq və
himayəçilik orqanının qabaqcadan icazəsini almaqla bağlaya bilər. Bundan əlavə, etibarlı idarəçi, onun arvadı
(əri) və yaxın qohumlarının qəyyumluqda (himayədə) olan şəxslə əqd bağlamaüa ixtiyarı çatmır (MM-in 37-ci
Qəyyumluqda (himayədə) olan şəxsin, şübhəsiz ki, əmlakının hamısı etibarlı idarə etməyə verilmir. Qəyyum
(himayəçi) qalan həmin əmlak barəsində öz səlahiyyətlərini itirirmi? Mülki qanunvericilik bu sualı cavabsız
129
qoymur. Belə ki, qəyyum (himayəçi) qəyyumluqda (himayədə) olanın etibarlı idarəetməyə verilməmiş əmlakı
barəsində öz səlahiyyətlərini saxlayır (MM-in 37-ci maddəsinin 1-ci bəndi).
Ə
mlakın etibarlı idarəetməyə verilməsi müddətli xarakter daşıyır. O, müxtəlif əsaslara görə ləğv edilir: əm-
lakın etibarlı idarəetməyə verilməsinə dair müqavilənin müddətinin başa çatması; qəyyumluq və ya himayəçili-
yin başa çatması; qəyyumluq və ya himayəçiliyin ləğv edilməsi; etibarlı idarəçinin ölməsi; qəyyumluqda (hima-
yədə) olan şəxsin ölməsi; idarəçinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və s.
Dostları ilə paylaş: