5. Qəyyumluqda (himayədə) olanın əmlakının etibarlı
idarə olunması
Qəyyumluqda (himayədə) olan şəxsin mülkiyyətində müxtəlif daşınmaz və qiymətli daşınar əmlak növləri
ola bilər. Bunların arasında elələri ola bilər ki, öz xüsusiyyətlərinə görə saxlanması, qulluq göstərilməsi və idarə
olunması xüsusi diqqət, qayüı tələb etsin. Başqa sözlə desək, bu cür əmlak növlərinin müntəzəm idarə olunma-
sına ehtiyac və zərurət yarana bilər. Bundan əlavə, qəyyumluqda (himayədə) olanın əmlakı onun yaşayış yerin-
dən başqa ərazidə (rayonda, şəhərdə və s.) yerləşə bilər. Bu hal isə qəyyuma (himayəçiyə) həmin əmlakı idarə
etməyə mane olur. Belə hallarda qəyyumluq və və himayəçilik orqanı göstərilən həmin əmlak növlərini onların
etibarlı idarə edilməsi üçün idarəçiyə verir. Özü də idarəçini bu orqan müəyyənləşdirir.
Ə
Dostları ilə paylaş: |