olduüu yer dedikdə, onun müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist
bazası, xəstəxana və bu cür digər ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) ba-
ş
a düşülür. Belə yerlər onun yaşayış yeri sayılmır. Məsələn, vətəndaş Gəncə şəhərindən Bakı şəhərinə müalicə
olunmaq üçün gəlir və xeyli müddət xəstəxanada qalır. Xəstəxana həmin vətəndaşın yaşayış yeri yox, olduüu
yer hesab edilir. Başqa bir misalda kommersant öz işlərini həll etmək üçün Istanbul şəhərinə gedir və bir ay ora-
da mehmanxanada qalır. Mehmanxana belə halda onun yaşayış yeri yox, olduüu yer sayılır. Digər misalda din-
cəlməyə gedən şəxs Antalyada istirahət evində qalır. Istirahət evi onun olduüu yer hesab edilir.
Bəzi ölkələrin, məsələn, Yaponiyanın qanunvericiliyində şəxsin olduğu yer rezidensiya (latınja residens —
olma, qalma, yaşama) anlayışı ilə əhatə olunur. Yaşayış yeri ilə rezidensiya arasında fərq ondan ibarətdir ki, ya-
ş
ayış yeri hər hansı şəxsin müəyyən yeri öz həyati mənafeyinin mərkəzi sezmək məqsədinin olması ilə xarakte-
rizə edilir. Rezidensiya özün bu cür məqsədin olması tələb edilmir.
Mülki hüquq üçün fiziki şəxsin olduüu yer yox, məhz onun yaşayış yeri əhəmiyyətə malikdir. Ona görə ki,
bir çox mülki-hüquqi hadisələrin əmələ gəlməsi məhz fiziki şəxsin yaşayış yeri ilə əlaqədardır. Onun olduüu
yer isə bu cür hadisələrin yaranması ilə bağlı deyildir.
Fiziki şəxsin yaşayış yeri müvafiq sənədlərlə müəyyən edilir. Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası
vətəndaşının, qeydiyyata alınma haqqında vəsiqə 30 gündən artıq Azərbaycan Respublikasında yaşayan əcnə-
binin (xarici ölkə vətəndaşının), xüsusi nümunəli şəxsiyyət vəsiqəsi isə Azərbaycan Respublikasında daimi ya-
ş
ayan vətəndaşlıüı olmayan şəxsin yaşayış yerini təyin edən sənədlərdir. Bu sənədlərdə fiziki şəxslərin yaşayış
yeri özrə qeydiyyata alınması göstərilir. Qeydiyyat əsasında müəyyənləşdirmək mümkün olur ki, şəxsin yaşayış
yeri haradadır. Deməli, qeydiyyat fiziki şəxsin yaşayış yerini müəyyən etməyə imkan verən yazılı sübut-
dur.
Bəzən vətəndaş qeydiyyata alındığı yaşayış yerində yox, faktiki olaraq başqa yerdə yaşayır. Bu halda yaşayış
yeri necə təyin edilir? Faktiki yaşadığı yeri onun yaşadığı yer hesab etmək olarmı? Qanun vətəndaşın yaşayış
Dostları ilə paylaş: |