On dörd yaşı tamam olmayan yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələ-
rinin (müvafiq olaraq valideynlərinin, övladlıüa götürənlərin və ya qəyyumların) yaşayış yeri hesab edilir. Qa-
nun valideynlik hüquqlarını itirmiş valideynlərin yanında bu şəxslərin yaşamasını qadaüan edir (MM-in 27-ci
maddəsinin 2-ci bəndi). Bildiyimiz kimi, on dörd yaşınadək şəxslərin valideynləri məhkəmə tərəfindən vali-
deynlik hüquqlarından məhrum edilərsə, onda həmin şəxslər özərində qəyyum təyin edilir. Qəyyumun yaşayış
yeri bu şəxslərin yaşayış yeri sayılır.
Boşanma nəticəsində valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılıüı ilə müəyyən edilir və
həll olunur. Valideynlər arasında uşaüın kimin yanında yaşamasını müəyyən etmək barədə razılıq əldə edilməyə
də bilər. Bu cür halda mübahisə məhkəmə qaydasında həll edilir. Məhkəmə uşaüın kimin yanında yaşamasını həll
edərkən onun hüquq və mənafeyini, rəyini nəzərə alır.
Dostları ilə paylaş: |