Microsoft Word mulki huquq doc


Onun əsasında yalnız fiziki



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə440/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   436   437   438   439   440   441   442   443   ...   1820
Onun əsasında yalnız fiziki şəxsin itkin düşməsi faktını təsdiqləmək, yəni onun saü qalması və ya ölməsi 

məsələsini həll etməyin mümkün olmaması faktını müəyyən etmək durur. Bizim fikrimizcə, üçüncü konsepsiya 

tərəfdarlarının mövqeyi daha əsaslı, daha inandırıcı və daha aülabatandır. Doürudan da, fiziki şəxs xəbərsiz it-

kin düşmüş hesab ediləndə onun əsasını həmin şəxsin itkin düşməsi faktını təsdiqləmək təşkil edir. 

Mülki qanunvericilik yalnız məhkəmə yolu ilə fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında 

qayda müəyyən edir. Məhkəmədən savayı başqa hər hansı bir dövlət orqanının buna ixtiyarı çatmır.  

Fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi prosedurası Mülki-Prosessual Məcəllə ilə nizama salınır. 

Bu məcəllənin 32-ci fəslində (312-316-cı maddələr) ifadə olunan normalar həmin məsələ ilə bağlı olan münasi-

bətilərin tənzimlənməsinə həsr edilmişdir. Özü də məhkəmənin baxdığı bu məsələ xüsusi icraat qaydasında ba-

xılan işlər kateqoriyasına aiddir. Buna görə də maraqlı şəxslər iddia ərizəsi yox, müvafiq şəxsin xəbərsiz itkin 

düşmüş hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edirlər. Maraqlı şəxs rolunda itkin düşən şəxsin 

ə

ri (arvadı), öhdəsində və himayəsində olan qeyri-əmək qabiliyyətli valideynlər, onun borclu olduüu kreditorlar 



və digər kateqoriya şəxslər çıxış edə bilərlər.  

Məhkəmə  yalnız  qanunda  nəzərdə  tutulan  hüquqi  tərkib  olduqda  fiziki  şəxsin  xəbərsiz  itkin  düşmüş  elan 

edilməsi barədə qərar qəbul edə bilər. Bu hüquqi tərkib iki faktın məcmusundan ibarətdir: 

 fiziki şəxsin olduüu yerin məlum olmamasından, yəni onun harada olması haqqında məlumatın yoxluüun-



dan;  

 fiziki şəxsin iki il ərzində yaşayış yerində görünməməsindən.  




 

137


Göstərilən bu iki faktın məcmusu məhkəməyə əsas verir ki, o, fiziki şəxsin itkin düşmüş hesab edilməsi haq-

qında qətnamə çıxarsın. Bu faktları sübut etmək üçün hakim itkin düşən haqqında məlumat verə bilən şəxsləri 

— qonşuları, ev qulluqçularını və digər kateqoriya şəxsləri aydınlaşdırır, habelə müvafiq orqan və təşkilatlar-

dan (işlədiyi müəssisədən, mənzil istismar sahəsindən, polis orqanlarından) onun barəsində məlumat alır. Am-

ma hakimin ixtiyarı yoxdur ki, maraqlı şəxslərin özərinə itkin düşən şəxsi axtarmaq vəzifəsi qoysun və həvalə 

etsin. Qanun ona bu cür səlahiyyət vermir. Itkin düşən şəxsləri axtarmaq polis orqanlarının funksiyalarına daxil 

olan məsələdir.  

Bəzən şəxs qəsdən bilə-bilə uzun müddət yaşayış yerində olmur, yəni müəyyən səbəbə görə fiziki şəxsin ol-

duüu yer məlum olmur. Məsələn, şəxs vurulmuş zərərin əvəzini ödəməmək və ya aliment verməmək və ya ver-

gini ödəməmək üçün qaçıb gizləndiyinə görə uzun müddət  yaşayış  yerində görsənmir və  ya törətdiyi  cinayət 

ə

məlinə görə məsuliyyətə cəlb olunmaqdan yaxa qurtarmaq üçün başqa yerdə gizlənir. Bu kateqoriya şəxslərin 



xəbərsiz itkin düşmüş elan edilməsi barədə məhkəmə qərar qəbul edə bilməz. Qaçıb gizlənən cinayətkar barə-

sində axtarış elan edilir.  

Fiziki şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi üçün mühüm əhəmiyyət kəsb edən faktlardan biri onun iki 

il ərzində yaşayış yerində görünməməsindən ibarətdir. Iki il müddət hansı vaxtdan və necə hesablanır? Mülki 

qanunvercilik bu suala cavab vermək məqsədi ilə həmin müddətin hesablanması üçün xüsusi qayda müəyyən 

edir (MM-in 40-cı maddəsinin 2-ci bəndi). Bu qaydaya görə iki il müddəti fiziki şəxsin itkin düşməsi haqqında 

son məlumatların alındığı gündən hesablanır. Məhkəmə son məlumatı fiziki şəxsin yazdığı axırıncı məktubla, 

ş

ahidlərin (valideynlərin, övladların, qonşuların və s.) verdiyi ifadələrlə və digər sübutetmə vasitələri ilə əldə 



edə bilər. Bəzən itkin düşmüş şəxsin haqqında son məlumatı almaq mümkün olmur, müşkül məsələyə çevrilir. 

Bu cür halda iki il müddəti itkin düşmüş şəxs haqqında axırıcı məlumat alınandan sonra gələn ayın birinci gü-

nündən hesablanmaüa başlayır. Bəzi hallarda ayı da müəyyən etmək mümkün olmur. Onda sonrakı ilin yanvar 

ayının biri əsas kimi götürülür və bu vaxtdan iki il müddəti hesablanmaüa başlayır.  

Işə baxaraq məhkəmə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə müvafiq qətnamə çıxarır. Bu qət-

namə hüquqi əhəmiyyəti olan faktın, yəni fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi faktının müəyyən 

edilməsi üçün əsasdır. Beləliklə, iki il yaşayış yerində görünməyən və olduüu yer məlum olmayan fiziki şəxs it-

kin düşmüş hesab edilir.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   436   437   438   439   440   441   442   443   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin