Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə436/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   432   433   434   435   436   437   438   439   ...   1820
yyənliyə səbəb olur. Bu cür qeyri-müəyyənlik isə vətəndaşların, hüquqi şəxslərin (təşkilat, idarə və müəssisə-

lərin), habelə dövlətin hüquq və mənafelərini pozur. Bəs vəziyyətdən necə çıxmalı, hüquqi jəhətdən qeyri-mü-

ə

yyənliyi necə aradan qaldırmalı? Mümkün ola biləcək arzuolunmaz nəticələrin yaranmasının qarşısını necə al-



malı? Bu məsələləri həll edib yoluna qoymaq üçün mülki qanunvericilik xüsusi xarakterli müvafiq qaydalar 

(normalar) müəyyən edir. Həmin qaydaların (normaların) məcmusu iki hüquq institutunu yaradır. Onların va-

sitəsi ilə hüquqi jəhətdən qeyri-müəyyənlik halları aradan qaldırılır. Bu institutlara aiddir:  

 xəbərsiz itkin düşmə institutu;  



 ölmüş elan etmə institutu. 

Xəbərsiz itkin düşmə institutu bir çox xarici ölkələrin qanunvericiliyinə məlumdur. O, roman-german (konti-



 

136


nental) hüquq ailəsi (sistemi) ölkələri üçün xarakterikdir. Məsələn, Fransa Mülki Məcəlləsinin birinci kitabının 

beşinci bölməsi, Italiya Mülki Məcəlləsinin birinci kitabının dördüncü bölməsi xəbərsiz itkin düşmə institutuna 

daxil olan normaları əhatə edir (20-47-ci maddələr). Bu institut Almaniya Mülki Qanunnaməsinin «Ümumi his-

sə» adlı birinci kitabının birinci bölməsində də nəzərdə tutulmuşdur (§ 14-17). Amma müstəqil hüquq institutu 

kimi xəbərsiz itkin düşməni ingilis-amerikan hüquq (ümumi hüquq) ailəsi tanımır.  

Xəbərsiz itkin düşmə institutu bizim ölkənin yeni mülki qanunvericiliyinə də məlumdur. Azərbaycan Res-

publikası MM-in 40-cı  maddəsində ifadə olunan normalar xəbərsiz itkin düşmə ilə bağlı olan münasibətlərin 

tənzimlənməsinə həsr edilmişdir. Bu institut köhnə 1964-cü il Mülki Məcəlləsində də (18-ci maddə) nəzərdə tu-

tulmuşdu.  

Xəbərsiz  itkin  düşmə  anlayışı  hüquq  institutu  mənasını  bildirməkdən  savayı,  həm  də  hüquqi  akt  mənasını 

ifadə  edir.  Hüquqi  akt  mənasında  xəbərsiz  itkin  düşmə  dedikdə,  şəxsin  olduüu  yeri  müəyyənləşdirmə


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   432   433   434   435   436   437   438   439   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin