4. Fiziki şəxsin ölmüş elan edilməsi
Mülki hüquq münasibətlərində yaranan qeyri-müəyyənliyin aradan qaldırılması həm də fiziki şəxsin ölmüş
elan edilməsi kimi hüquq institutu ilə təmin olunur. Bu institutu əvvəlki 1964-cü il MM-i də tanıyırdı. Həmin
məcəllənin 21-ci maddəsi vətəndaşın ölmüş elan edilməsi ilə bağlı olan münasibətləri tənzimləyirdi. Ölmüş elan
etmə institutu bir çox xarici ölkələrin qanunvericiliyinə də məlumdur. Onu Almaniyanın, Italiyanın, RF-in,
ümumiyyətlə, roman-german hüquq ailəsi ölkələrinin qanunvericiliyi də tanıyır. Məsələn, Fransa qanunvericili-
yi dənizdə itkin düşən şəxsin ülmüş elan edilməsi barədə qayda nəzərdə tutur (MM-in 88-92-ci maddələri). Al-
maniya Mülki Qanunnaməsi xəbərsiz itkin düşməklə bağlı olaraq şəxsin ülmüş elan edilməsi özrə münasibətin
tənzimlənməsinə xüsusi diqqət yetirir (§ 14-17). Yaponiya qanunvericiliyinə görə, itkin düşmədən yeddi il kez-
dikdən sonra (və ya ülüm təhlükəsi yaradan vəziyyətin başa çatmasından sonra) şəxs ülmüş elan edilə bilər
(MM-in 31-ci maddəsi). Müstəqil hüquq institutu kimi ölmüş elan etmə ingilis-amerikan hüquq ailəsinə məlum
deyildir.
Fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi hüquqi cəhətdən qeyri-müəyyənliyi tam aradan qaldırmır,
onu yalnız dəf edir, maneəni aşır. Belə ki, xəbərsiz itkin düşmüş hesab edildiyi zaman fiziki şəxs bəzi hüquq
münasibətlərinin iştirakçısı olmaqda davam edir. Məsələn, xəbərsiz itkin düşmüş hesab edilən şəxs malik oldu-
üu yaşayış evinə və digər əmlaka sahiblik, əmlakdan istifadə və onların özərində sərəncam vermək hüququnu
həyata keçirə bilmir. Amma buna baxmayaraq həmin şəxs yaşayış evi və digər əmlakla bağlı mülkiyyət hüquq
münasibətlərinin subyekti kimi qalır. Onun mülkiyyət hüququna xitam verilmir. Belə ki, əşyaya sahiblik, əşya-
dan istifadə və onun barəsində sərənjam hüquqlarından məhrum olsa da, mülkiyyətzi yenə də mülkiyyətzi ola-
raq qalır.
Hüquq münasibətlərində qeyri-müəyyənliyi yalnız fiziki şəxsin təbii ölümü (fizioloæi və bioloæi ölümü) ara-
dan qaldıra bilər. Fiziki şəxsin uzun müddət olduüu yer məlum deyilsə və onun olduüu yeri müəyyən etmək
qeyri-mümkündürsə, bu, fiziki şəxsin saü olmamasını, ölməsini güman və ehtimal etməyə əsas verir. Onda belə
halda həmin şəxs ölmüş elan edilir ki, bu, onun təbii ölümünə bərabər tutulur. Həmin münasibətlər müvafiq
mülki hüquq normaları ilə tənzimlənir ki, bu normaların məcmusu fiziki şəxsin ölmüş elan edilməsi institutunu
yaradır.
Fiziki şəxsin ölmüş elan edilməsi həm də hüquqi aktdır. Bu aktın əsasını fiziki şəxsin ölməsi prezumpsiyası
(ehtimalı) təşkil edir. Hüquqi akt mənasında fiziki şəxsin ölmüş elan edilməsi dedikdə, onun saü olmaması-
nın və yaşamamasının məhkəmə qaydasında ehtimal və güman edilməsi başa düşülür. Bu aktı fiziki şəxsin
ölüm faktının müəyyənləşdirilməsindən fərqləndirmək lazımdır. Fiziki şəxsin ölüm faktının müəyyənləşdiril-
Dostları ilə paylaş: |