Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə446/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   442   443   444   445   446   447   448   449   ...   1820
yündən;  

 fiziki şəxsin olduüu yer barədə axırıncı (son) məlumatın alındığı gündən beş il müddətin keçməsindən.  



Mülki qanunvericilik şəxsin ölmüş elan edilməsinin onun xəbərsiz itkin düşmüş hesab edilməsindən birbaşa 

asılı olmasını müəyyənləşdirmir. Bu, o deməkdir ki, şəxsi ölmüş elan etmək üçün qabaqcadan və əvvəlcədən 

onun hökmən xəbərsiz itkin düşmüş hesab edilməsi tələb olunmur və məcburi deyil. Şəxs xəbərsiz itkin düşmüş 

hesab edilmədən də birbaşa ölmüş elan edilə bilər. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş 

il ərzində məlumat olmazsa, onda onu xəbərsiz itkin düşmüş hesab etmədən ölmüş elan etmək mümkündür.  

Bununla bərabər, qeyd etmək lazımdır ki, iki il ərzində yaşayış yerində görünməyən şəxs xəbərsiz itkin düşmüş 

hesab edildikdən 3 il müddət keçdikdən sonra (cəmi 5 il, yəni 2+3 il) ölmüş elan edilə bilər. Bunun üçün qəyyum-

luq və himayəçilik orqanı fiziki şəxsin ölmüş hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edir (MM-in 

40-cı maddəsinin 4-cü bəndi). Deməli, xəbərsiz itkin düşmüş hesab edilən şəxs üç il müddət keçdikdən sonra öl-

müş elan edilə bilər.  

Mülki qanunvericilik bəzi kateqoriya şəxslərin ölmüş elan edilməsi üçün qısaldılmış xüsusi müddətlər mü-

ə

yyən edir. Ölüm təhlükəsi törədən və ya müəyyən bir bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas 



verən şəraitdə xəbərsiz itkin düşən şəxslər üçün altı aylıq müddənəzərdə tutulur. Bu müddət bədbəxt hadisə-

nin və ya ölüm təhlükəsi törədən digər halların baş verdiyi gündən hesablanır. Bədbəxt hadisə və ölüm təhlükə-

si törədən hal dedikdə, zəlzələ, vulkan püskürməsi, gəmi qəzası, qasırüa, tufan, yanğın, yüksək dağ ekskursiya-

sı, geoloci ekspedisiya, yer sürüşməsi və digər faktlar başa düşülür. Məsələn, zəlzələ olur və bunun nəticəsində 

şə

xs xəbərsiz itkin düşür. Belə hallarda həmin şəxsi ölmüş elan etmək üçün 5 il gözləmək lazım deyil. Bunun 



üçün qanunun nəzərdə tutduüu altı aylıq müddət kifayət edər. Başqa bir misalda vulkana  yaxın olan bir qrup 

mütəxəssis geoloæi axtarış-kəşfiyyat işləri görən zaman vulkan püskürür. Bunun nəticəsində həmin qrupa daxil 

olan şəxslər xəbərsiz itkin düşürlər. Onları da ölmüş elan etmək üçün altı ay müddət tələb olunur. Belə ki, gös-

tərilən şəraitdə fiziki şəxsin ölməsini güman etməyə tam əsas yaranır.  

Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçular və digər şəxslərin ölmüş elan edilməsi 

üçün mülki qanunvericilik iki il nəzərdə tutur. Bu müddət hərbi qulluqçuların və digər şəxslərin itkin düşmə ta-

rixindən yox, hərbi əməliyyatların qurtardığı gündən başlayır. Məsələn, elə hesab edək ki, 2003-cü ilin may ayı-

nın 1-də hərbi əməliyyatlar qurtarır. Hərbi əməliyyatlarla əlaqədar itkin düşən hərbi qulluqçunu ölmüş elan etmək 

üçün tələb edilən iki il müddət bu tarixdən hesablanır, yəni 2005-ci ilin may ayının 1-dən (2003-cü ilin may ayı-

nın 1-i + 2 il) həmin şəxsləri ölmüş elan etmək olar. Bu qayda onunla izah olunur ki, görülən tədbirlər nəticəsində 

ə

sirlikdə olan hərbi qulluqçular qaytarıla bilər və ya onların həlak olması dəqiq olaraq müəyyənləşdirilə bilər.  



Məhkəmə göstərilən faktlar olduqda fiziki şəxsin ölmüş elan edilməsi haqqında qətnamə qəbul edir. Bu qət-

namə VVADQ orqanına göndərilir. O, həmin şöbə tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabı-

na şəxsin ölməsi barədə qeyd etmək üçün əsas rolunu oynayır. Şəxsin ölüm günü məhkəmə qətnaməsinin qanu-

ni qüvvəyə mindiyi günlə müəyyən edilir, yəni məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün fiziki şəx-

sin ölüm günü sayılır (MM-in 41-ci maddəsinin 3-cü bəndi). VVADQ orqanı maraqlı şəxslərə fiziki şəxsin ölü-

mü haqqında şəhadətnamə verir.  

Bəzi kateqoriya şəxslərin (bədbəxt hadisədən həlak olduüunu güman etməyə əsas verən şəraitdə xəbərsiz it-

kin düşən şəxslərin, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və digər şəxslərin) 

ölüm günü məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi günlə müəyyən edilmir. Məhkəmə həmin şəxslərin 

həlakının ehtimal və güman edildiyi günü onların ölüm günü saya bilər (MM-in 41-ci maddəsinin 4-cü bəndi).  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   442   443   444   445   446   447   448   449   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin