Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə457/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   453   454   455   456   457   458   459   460   ...   1820
Hüquq  institutu  mənasında  hüquqi  şəxs  dedikdə,  hüquqi  şəxslərin  hüquq  subyektliyini,  bu  subyektliyin 

həyata  keçirilməsi  üsullarını  və  qaydasını,  hüquqi  şəxslərin  yaradılmasını,  yenidən  təşkil  olunmasını  və  ləğv 

edilməsini, habelə onların ayrı-ayrı təşkilati-hüquqi formalarının xüsusiyyətlərini müəyyənləşdirən mülki hüquq 

normalarının məcmusu başa düşülür. O, Azərbaycan Respublikasının mülki hüququnun əsas və başlıca institut-

larından biri hesab edilir. Hüquqi şəxs institutuna daxil olan hüquq normaları əsasən Mülki Məcəllədə yerləşdi-

rilmişdir. Bu məcəllənin 4-cü fəslində (43-119-cu maddələrdə) ifadə olunan normalar hüquqi şəxs kateqoriyası-

na həsr edilmişdir. Həmin maddələrdə hüquqi şəxsin anlayışı və növləri, onun mülki hüquq subyektliyi (hüquq 

qabiliyyəti, fəaliyyət qabiliyyəti, delikt qabiliyyəti), hüquqi şəxsin yaradılması, yenidən təşkil edilməsi haqqın-

da, habelə digər məsələlər barədə müddəalar ifadə olunmuşdur.  

Hüquqi  şəxslər  barədə  normalar  digər  normativ  hüquqi  aktlarda  da  əks  edilir.  Söhbət  hər  şeydən  əvvəl, 

Azərbaycan Respublikasının qanunlarından gedir. «Dini etiqad azadlıüı haqqında» (1992), «Əmtəə biræası haq-

qında» (1994)  «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» (2003) və digər qanunlarda 

hüquqi  şəxslərə  aid  edilən  kifayət  qədər  mülki  hüquq  normaları  ifadə  olunmuşdur.  Hüquqi  şəxslərə  toxunan 

normalara qanun qüvvəli aktlarda da rast gəlmək olar. Məsələn, prezidentin 19 may 1998-ci il tarixli fərmanı ilə 

təsdiq edilmiş Əsasnamə hüquqi şəxslərin bir növü olan səhmdar cəmiyyətlərinə aiddir.  


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   453   454   455   456   457   458   459   460   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin