azaltmaq bu konstruksiyanın yerinə yetirdiyi funksiyalardan (vəzifələrdən) biridir.
Təsisçilərin (iştirakçıların) yaratdıqları hüquqi şəxslərin əsas fəaliyyəti maddi istehsalla bağlıdır. Onların
müəyyən qrupu ictimai tələbatı ödəmək üçün məhsul istehsal edir. Bu qrup hüquqi şəxslərin həyata keçirdikləri
fəaliyyətin əsas nəticəsi istehsal olunmuş və hazırlanmış əmtəədir. Digər qrup hüquqi şəxslər yaşayış evləri, sə-
naye obyektləri və s.tikir. Başqa qrup hüquqi şəxslər isə yük və ya sərnişin daşıyır, ticarət və vasitəçilik xidmət-
ləri göstərirlər. Hüquqi şəxslərin bəzilərinin fəaliyyəti idarəçilik, mədəni-maarif, elm, təhsil, müalicə, dini və
digər funksiyaların yerinə yetirilməsinə yönəlir. Bir sözlə, hüquqi şəxslər ictimai tələbatın ödənilməsi məqsədi
ilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən təsərrüfat subyektidir. Dediklərimizdən belə
çıxır ki, hüquqi şəxslər mahiyyətcə təsərrüfat fəaliyyətinin təşkilinin xüsusi üsuludur. Bu fəaliyyətin normal
təşkili üçün ayrılmış kapitaldan (əmlakdan) çevik və səmərəli istifadə olunmalıdır. Bax, hüquqi şəxs konstruksiya-
sı bu cür istifadəyə imkan verir. Deməli, kapitaldan (əmlakdan) daha çevik və səmərəli istifadə etmək bu
Dostları ilə paylaş: |